Fərid Hüseynin yeni kitabı təqdim olunacaq

Fərid Hüseynin yeni kitabı təqdim olunacaq
calendar 28 oktyabr 2016
clock 16:28

Gənc şair Fərid Hüseynin “Bir də heç vaxt” adlı yeni şeirlər kitabının təqdimat mərasimi keçiriləcək. Kulis.azın məlumatına görə tədbir 29 oktyabr (şənbə günü) saat 14:00-da Gənc Tamaşaçılar Teatrında baş tutacaq.

“ATV kitab” seriyasının bu yeni nəşrinə şairin son illərdə qələmə aldığı poetik nümunələr toplanıb.

Nəşr mövzu rəngarəngliyi ilə də seçilir: “Şəhərlər, şeirlər”, “Liriklər və antiliriklər”, “Qəlbin tərbiyə dərsləri”, “Müharibə”, “Minimalist şeirlər” adlı bölmələrdə bir-birindən maraqlı poetik nümunələr yer alıb. Nəşrdə fərqli, adilikdən çıxmış forma və düşüncə kombinasiyaları, onların realizəsi bədii fikrin mümkün imkanları ilə oxuculara çatdırılır.

Kitab “Parlaq imzalar” nəşriyyatı tərəfindən çap olunub, nəşrin redaktoru şair Səlim Babullaoğludur.

Kitabı şəhərin əksər kitab dükanlarından əldə etmək olar. Eyni zamanda internet üzərindən www.parlaqimzalar.az saytından və 055 259 72 59 telefon nömrəsi ilə də sifariş edə bilərsiz.

# 1004 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
Norma
Norma
menu pen all_news