Müslüm Maqomayev Özbəkistanda yad olunub

 Müslüm Maqomayev Özbəkistanda yad olunub
calendar 6 dekabr 2017
clock 09:11

Özbəkistan Dövlət Konservatoriyasında görkəmli müğənni, Azərbaycanın və SSRİ-nin Xalq Artisti Müslüm Maqomayevin anadan olmasının 75 illiyi münasibətilə “Məni xatırla” adlı yaradıcılıq gecəsi və konsert keçirilib.

Özbəkistandakı Rusiya Elm və Mədəniyyət Mərkəzinin dəstəyi ilə keçirilən tədbirdə mədəniyyət və incəsənət xadimləri, müslümsevərlər, konservatoriyanın professor-müəllim heyəti, tələbələr, jurnalistlər iştirak ediblər.

Tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev , böyük müğənni Müslüm Maqomayevin həyatı və yaradıcılığı haqqında söhbət açıb, onun xatirəsinin ürəklərdə yaşadığını bildirib.

Çıxış edənlər Müslüm Maqomayevin dünya musiqi mədəniyyətinin inkişafındakı böyük xidmətlərindən danışıblar.

Konsert proqramında Özbəkistanın Əməkdar Artisti Janisbek Piyazov, Əlişir Nəvai adına Özbəkistan Opera və Balet Teatrının solisti Kirill Borçaninov, Tatarıstan və Başqırdıstanın Əməkdar Artisti Firuza Xaldarova Müslüm Maqomayevin repertuarında olan ölməz mahnıları ifa ediblər.

# 967 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
Norma
Norma
menu pen all_news