Yazarlar mazoxizmin nə olduğunu bilmədilər

Yazarlar mazoxizmin nə olduğunu bilmədilər
calendar 20 dekabr 2012
clock 13:45

“Yazıçı rinqi” layihəsinin budəfəki qonaqları yazıçı Şərif Ağayar və şair Rəbiqə Nazimqızıdır. İştirakçılara 7 sual verilir. Hər sual qarşısında yazılan “bal”la ölçülür. Oyunun sonunda suallara verilən doğru cavablar ballara uyğun olaraq toplanılır. Maksimum 51, minimum 3 bal arası göstəricidə ən çox bal toplayan qalib hesab olunur.

Hər suala 2 dəqiqə ayırmaqla cəmi 14 dəqiqə vaxt verilir. Bir köməkçi vasitə var – “dosta zəng”. Dosta zəng üçün 1 dəqiqə vaxt ayrılır. Bu da iştirakçıya verilən 14 dəqiqədən çıxılır. Suallardan 5-i beş variantlı, 2-si isə variantsızdı.

Əvvəlcədən bildiririk, bu sadəcə oyundur.

1. Xanəmirə görə Azərbaycan ədəbiyyatının yolayrıcı eyni dövrdə yaşamış hansı şairlərdən başlayır? (6 bal)

A) Məhəmməd Füzuli - Aşıq Abbas Tufarqanlı
B) Molla Vəli Vidadi - Molla Pənah Vaqif
C) Səməd Vurğun - Hüseyn Cavid
Ç) Məhəmməd Hadi - Mirzə Ələkbər Sabir
E) Vaqif Bayatlı Odər - Ramiz Rövşən

Şərif Ağayar – B

Rəbiqə Nazimqızı – Ç
Doğru cavab – B ( Xanəmir Telmanoğlunun “Göyə qayıdan mətnlər” kitabından )

2. Məşhur İrland yazıçısı Ceyms Coys haqqında bu fikri hansı yazıçı demişdir: "O ədəbiyyatçı deyil, ədəbiyyatın özüdür". (7bal)

A) Virciniya Vulf
B) Con Qalsuorsi
C) Orxan Pamuk
Ç) Samuel Bekket
E) Vladimir Nabokov

Şərif Ağayar – Ç

Rəbiqə bu sualda dosta zəng köməyindən istifadə edir. Dostu şair Qismət : “Vladimir Nabokov”- deyir. Rəbiqə bunu düzgün hesab edib cavablandırır – E

Doğru cavab – Ç

3. Müasir tibb sübut edir ki, insandan başqa məhz bu canlı da seksdən yüksək zövq ala bilir? (9 bal)

A) Meymun
B) Pişik
C) Zürafə
Ç) Dəvəquşu
E) Delfin

Şərif Ağayar – A
Rəbiqə Nazimqızı – B
Doğru cavab – E

4. Məşhur holland rəssamı Vinsent Van Qoqun sağlığında neçə əsəri satılıb? (8 bal)

A) 1
B) 5
C) Heç biri
Ç) Təxminən emalatxanasının yarısı
E) 12

Şərif Ağayar – Ç
Rəbiqə Nazimqızı – C
Doğru cavab – A (“Üzümlük” adlı rəsm əsəri)

5. Lev Tolstoy ömrünün sonunda evini birdəfəlik tərk edərkən özüylə F. Dostoyevskinin hansı romanını götürmüşdü? (3 bal)

A) “Cinayət və Cəza”
B) “Karamazov qardaşları”
C) “İdiot”
Ç) “Cinlər”
E) “Ölü evdən qeydlər”

Şərif Ağayar – B (əgər bu romanı götürməyibsə də Tolstoy səhv eləyib)
Rəbiqə Nazimqızı – A
Doğru cavab – B

6. 3-ü 3-ə 3 dəfə vuranda neçə eləyir? (6 bal)

Şərif Ağayar – 81 ( 3-ü əvvəlcə 3-ə vurdu, sonra 9-u 3-ə vurdu, daha sonra 27-ni 3-ə vurub cavabladı)
Rəbiqə Nazimqızı – 81 ( 3 üstü 3 məntiqi ilə cavabladı)

Doğru cavab – 81

7. Mazoxizm terminini ədəbiyyatla hansı fakt bağlayır? (12 bal)

Şərif bu sualda dosta zəng üçün yazıçı Həmid Herisçini seçir. Həmid Herisçi: “Sadomazoxizmin banisi Markiz de Sad”. Şərif Həmidin cavabını doğru hesab etmir və bu sualı cavablandırmır.

Rəbiqə Nazimqızı da bu sualdan vaz keçir. Hətta “bu nədi, seksdən iki sual verirsən mənə” deyib yarızarafat ittiham da eləyir.

Doğru cavab – Leopold fon Zaxer Mazoxun yaradıcılığından yaranıb bu termin. (“Mazox termini” deyə bəsit cavabı da qəbul edərdik.)

Toplam:

Şərif Ağayar – 22 bal
Rəbiqə Nazimqızı – 6 bal

Ümumi ballara əsasən “Yazıçı rinqi”nin qalibi Şərif Ağayardı.

# 1741 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news