Sənsiz yenə bu axşam soyuqdan öləcəyəm...

Sənsiz yenə bu axşam soyuqdan öləcəyəm...
calendar 6 yanvar 2013
clock 18:41

"dəli ayrılıqlar" sırasından ikinci ...


ayrılığın bir günü..
can evimə yağır qar…
sən gedəli şəhərdə
bayram edir soyuqlar...

hələ bunun qabaqda
fevralı var, martı var...
çox yuxusuz gecələr
neçə oyaq "6"lar..
hələ dayan..ardı var..

hələ sabah cəhənnəm
gecədən çıxammıram..
həbs edib yataq sanki
yerimdən qalxammıram..

sevərək gəzdiyimiz
yollarda yoruluram..
küçəmizi tək keçir
tini tək buruluram..

ya avtobus gecikir
ya da zaman, bilmirəm..
tələsik yolu keçir
tez metroya minirəm..

bu basabas vaqonda
ətrin gəlir burnuma..
kimsə sən kimi qoxur
bax burda..lap yanımda..

çevrilmirəm,baxmıram
düşünürəm ki, sənsən..
əyilib qulağıma
"gözəlsən" deyəcəksən.:

dərsə təkcə gəlirəm
kimsə səni soruşur..
indi gələr deyirəm
dilim yalan danışır..

dərsdən yarımçıq çıxır
sahilə tələsirəm..
dünən öpdüyün yerdə
bu gün səni gəzirəm..

görsəm, deyəcəyəm ki
"vitrinlərdə güzgüyə
daha mən tək baxıram..
avtobusu seçməkçün
indi eynək taxıram...

qaz sobası acizdi
otağı isitməkdə..
getməyə vaxtmı tapdın
qışın oğlan yerində??..

bir azca nəfəs qoy get
gecələr qızınmaqçün
azca da həvəs ver get
səhərlər oyanmaqçün.

gözlədim, yenə yoxsan
gecdi, evə dönüm mən..
sənsiz yenə bu axşam
soyuqdan öləcəyəm...

sən gedəli yoldaşım
tənha, oyaq gecələr
neçə yuxulu səhər..
nə mən əvvəlki mənəm
nə də şəhər o şəhər...

# 3809 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news