“Tənha ağac hüznü vardı görünüşündə...”-Könül Həsənqulunun şeiri

“Tənha ağac hüznü vardı görünüşündə...”-Könül Həsənqulunun şeiri
calendar 6 may 2014
clock 16:49

Kulis.Az Könül Həsənqulunun “1937. “Nərmin” adlı fincan” şeirini təqdim edir.

“1937. “Nərmin” adlı fincan”

(dostum Əsəd Qaraqaplan üçün)

“Nərmin” adlı o fincanın içində

Bir əlçim kol çiçəkləri gördüm bu gün...

İlk dəfəydi görürdüm ki

Tərk edilmiş bir fincan – tərk edilmiş qadın kimidi

Sanki boynunu büküb dayanmışdı Nərmin

Qollarında kol çiçəkləri...

O fincan bizim dostluğumuzun rəmzidi

Nə yazıq ki

Çiçəkləri dərən qadın bunu bilmirdi

O kol çiçəkləri bir az sənin

Bir azca da mənim sənə olan sədaqətimin

Abidəsi üstündə bitmişdi sanki...

Bir görsəydin necə

Tənha ağac hüznü vardı onların görünüşündə...

Onları fincanın içində görüncə sanki

Hər iki qolunu itirmiş balıqçı kimi

Boğulurdum qəhərin içində

Həə...

Mən darlıqlarda boğuluram, dostum, darlıqlarda

Məsələn

Bir bir doğma dost gedişinin ayaq izində

Bir kişinin ən cılız xəyanətində

Və ya

Bir qadının çiçək bəslədiyi

O bap-balaca fincanın içində...

Bütün savaşlarımızın

Bütün gülüşlərimizin

Bütün dərdlərimizin unudulmaz xatirinə

Gedərkən əyilib qoxladım o çiçəkləri bu gün...

Və heç nə duymadım!

Anladım ki, o kol çiçəkləri

Hələ yetərincə əzilməmişdi

Hələ bizi ifadə edəcək qədər hüznlü deyildi...

05 May 2014

# 3073 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news