Bəxtiyar Vahabzadənin 20 Yanvarda öldürülən Larisaya şeiri

Bəxtiyar Vahabzadənin 20 Yanvarda öldürülən Larisaya şeiri
calendar 20 yanvar 2015
clock 10:43

Kulis.az Xalq şairi Bəxtiyar Vahabzadənin 20 Yanvar şəhidi Larisa Məmmədovaya yazdığı şeiri təqdim edir.

On üç yaşlı körpə bala,

Yazıq anan necə dözsün

Bu kədərə, bu məlala?

Məzarının baş ucunda kuklan da var.

Bu gün layla çalmalıykən sən kuklana

Kuklan sənə laylay çalar.

Sən özün də kukla idin.

Bu dünyanın əvvəlini, axırını

Heç bilmədin.

Kim kuklaya güllə atar?

Atan oldu.

İnsanlığı, mərhəməti,

Ədaləti, həqiqəti

Bir qərəzə satan oldu.

Anan asmış dərs çantanı,

Məzarının baş daşına.

Axı, niyə hay vermirsən.

Səni dərsə haraylayan yoldaşına?

Sənin adın dostlarının dil əzbəri.

Qızım, axı səni gözlər çoxdan bəri

Açmadığın kitabların, dəftərlərin,

Səni gözlər partandakı o boş yerin.

Nə bərk oldu yuxun sənin?

Ataların ah-naləsi,

Anaların şivən səsi

Sığmır göyə, sığmır yerə.

Söylə, niyə oyanmadın

Bu haraya, bu həşirə?

Övladıydın iki xalqın.

Bu dostluğa mən uydum, sən də uydun.

Sən dostluğun simvoluydun.

Bunudamı bu gün bizə çox gördülər?

Elə bil ki, səninlə bir

Bu dostluğu öldürdülər

# 22247 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news