İsveçdə azərbaycanlı yazıçının kitabı çıxıb

İsveçdə azərbaycanlı yazıçının kitabı çıxıb
calendar 10 iyul 2015
clock 14:38

İsveçin nüfuzlu "Magnus Boktryckarna" nəşriyyatında Almaniyada yaşayan azərbaycanlı yazıçı-publisist Əzimə Ağalarovanın "Bakıdan Qahirəyə və Stokholma uzanan yol" ("A long trip from Baku to Cairo and Stockholm") kitabı çapdan çıxıb.

Bu barədə Kulisə məlumat verən yazıçı bildirib ki, nəşriyyatın səyi ilə Avropanın 5 ölkəsində - İsveç, Norveç, Finlandiya, Danimarka və Almaniyada kitabın satışı təşkil olunacaq. Avqustun 27-də Stokholm Milli Kitabxanasının və Azərbaycan diasporunun təşkilatçılığı ilə Stokholm Mərkəzi Kitabxanasında kitabın təqdimatı keçiriləcək.

Qeyd edək ki, Əzimə Xaspolad qızı Ağalarova 1959-cu ildə Zərdab rayonunda anadan olub. 1976-cı ildə Zərdab rayonundakı S.Qurbanov adına orta məktəbi, daha sonra isə Azərbaycan Xarici Dillər İnstitutunu (indiki Dillər Universitetini) bitirib. Əmək fəaliyyətinə 1984-cü ildə Daxili İşlər Nazirliyində başlayıb. 1993-cü ildən Almaniyada yaşayır.

“Gecələrdə gizli qaldım” və “Bakıdan Qahirəyə və Stokholma uzanan yol” kitablarının müəllifidir. Birinci kitaba ön sözü filologiya elmləri doktoru, professor Adil Babayev, ikinci kitaba isə Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi yazıb.

# 1129 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news