Frankfurtda İran - Salman Rüşdi qalmaqalı

Frankfurtda İran - Salman Rüşdi qalmaqalı
calendar 6 oktyabr 2015
clock 12:52

14-18 oktyabrda keçiriləcək Frankfurt Kitab Sərgisinin builki direktoru Salman Rüşdi sərginin açılışını bildirən mətbuat konfransında çıxış edəcək.

İranın Mədəniyyət və İslami irşad nazirinin müavini Seyyid Abbas Salehi dünən İranda mətbuat konfransı keçirib, 2015-ci il Frankfurt Beynəlxalq Kitab Sərgisinin mətbuat konfransında Salman Rüşdinin planlaşdırılan çıxışına etiraz etdiklərini deyib.

Salehi deyib: "Frankfurt Kitab Sərgisinin səlahiyyətliləri tərəfindən planlanan bu proqram İran İslam Respublikası hökumətinin qırmızı xəttini keçən bir hərəkətdir.

İmam Xomeyninin bu mövzuyla bağlı verdiyi fətvanın dini bir ölçüsü var və o fətva heç zaman unudulmayacaq."

O, "Şeytan ayələri" kitabının adını çəkib. “Frankfurt bir mədəniyyət sərgisi kimi həmişə hörmətli, nüfuzlu sərgi olub. Builki sərginin sloqanı söz, ifadə azadlığıdır, amma belə görünür ki, bu hərəkət söz azadlığına yanlış yanaşmadır."

Salehi Frankfurt Beynəlxalq Kitab Sərgisinin səlahiyyətlilərindən Salman Rüşdinin çıxışını ləğv etmələrini istəyib.

Əgər çıxış ləğv olunmasa, İranın sözügedən nazirliyinin bu sərgiyə qatılma planlarını nəzərdən keçirəcəklərini deyib.

Xatırladaq ki, 1989-cu ilin fevralında İran lideri Ruhulla Xomeyni "Şeytan ayələri" romanına görə, yazıçı Salman Rüşdinin başına 3 milyon dollar pul qoymaqla ölüm fitvası çıxarmışdı. Həmin ilin iyun ayında Ruhulla Xomeyni vəfat etmişdi.

Müxtəlif ölkələrdə bu kitabı tərcümə və çap edənlərə hücumlar olub. 1998-ci ildə İran Britaniya ilə münasibətlərini düzəltməyə doğru bir addım atıb, 2005-ci ildə Əli Xamneyi fitvanı ancaq onu verən adamın yerinə yetirə biləcəyini, o adamınsa 1989-cu ildə vəfat etdiyini deyib. /oxu zalı/

# 1032 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news