Cəfər Cabbarlının bütün əsərləri bir kitabda

Cəfər Cabbarlının bütün əsərləri bir kitabda
calendar 27 fevral 2018
clock 16:29

Cəfərli Cabbarlının əsərlərindən ibarət kitab nəşr olunub.

Kulis.azın məlumatına görə, “Qanun” nəşriyyatında "Azərbaycan klassikləri" seriyasından işıq üzü görən kitaba dramaturqun bütün əsərləri daxil edilib.

Özündən əvvəlki teatr məktəbi ənənələrinə yeni nəfəs gətirən, milli teatrımızı gənclik ruhuna kökləyən, yüzlərlə aktyorun yetişməyində xüsusi rol oynayan ölməz dramaturq Cəfər Cabbarlı həm də incə qəlbli lirik şair, dövrün çirkinliklərini tənqid atəşinə tutan istedadlı satirik, ruh oxşayan hekayələr müəllifi kimi sevilən nasir, milli kinomuzun yaradıcılarından biri kimi xatırlanan və sevilən kino xadimidir. 35 illik həyatını yorulmadan ədəbiyyata, sənətə həsr edən ölməz ədibin əsərləri bu gün də maraqla qarşılanır, əhəmiyyətini itirmir, teatrlarımız dramaturqun pyeslərini yenə repertuarlarına daxil edir.

C.Cabbarlının onlarla şeirinə musiqi bəstələnib, əsərlərinin motivləri əsasında “Sevil” və “Almas” bədii filmləri lentə alınıb.

# 1028 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news