Şairlərimiz beynəlxalq poeziya festivalında

Şairlərimiz beynəlxalq poeziya festivalında
calendar 5 mart 2018
clock 17:21

Təbrizdə XII Fəcr Beynəlxalq Şeir Festivalı keçirilib.

Kulis.azın verdiyi xəbərə görə, festivala iki azərbaycanlı şair də qatılıb.

AYB Xəzər filialının sədri Arif Buzovnalı və şair-publisist Qurban Cəbrayıl İran İslam Respublikasında fəaliyyət göstərən Şeir və Ədəbiyyat Dastanları Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə reallaşan festivalda iştirak ediblər.

Şair Qurban Cəbrayıl festival haqqında bunları deyib:

“Builki festival Şərqin dahi şairi Məhəmməd Hüseyn Şəhriyarın xatirəsinə həsr olunmuşdu. Elə tədbirin açılışı da böyük “Şəhriyar” mehmanxanasının akt zalında baş tutdu. İran Şeir və Ədəbiyyat Dastanları Mərkəzinin sədri Mehdi Qızıli giriş nitqi söylədi və görkəmli din alimi Ayətullah Cəfər Sübhaninin təbrik məktubunu çatdırdı. Vurğuladı ki, İslam İnqilabının qələbəsindən sonra təxminən 150 min türkcə (azəricə) şeir kitabı nəşr edilb. Bu il İslam İnqilabının 40-cı ildönümü ərəfəsində nəşr olunan ən yaxşı türkdilli şeir kitabları və müəlliflər də müəyyənləşdiriləcək.

Təbrizin 2018-ci il üçün İslam Ölkələri Turizm Paytaxtı seçilməsinə də toxunan ağaye Qızıli qeyd edib ki, Fəcr Festivalının burada keçirilməsi həm də qədim şəhərin və bölgənin bütün dünyaya tanıtdırılması məqsədi daşıyır.

Fəcr Şeir Festivalı Təşkilat Komitəsinin rəhbəri söyləyib ki, festival üçün 3400 şeir kitabı “Yetkinlər”, təxminən 670 əsər "Uşaq və yeniyetmələr, 200 şer isə “Poeziya” bölməsində iştirak məqsədilə təqdim edilib. Digər tərəfdən müsabiqədən sonra seçiləcək türk (Azərbaycan) ədəbiyyatı bölməsində də 200 əsər toplanıb”.

Qurban Cəbrayıl qeyd edib ki, festival Təbriz neft-qaz konsorsiumunun nəhəng “Petroşimi” salonunda yekunlaşıb: “İranın hər yanından fars və türkdilli yazarlar - Kərimi, Mühəqqiq, Təriqi, Mustafa Quluzadə, Babək İslami, Xosrov Sətribi, Sədr Məhəmmədi, Arif Zamani, Məhəmməd Rənci.., o cümlədən də Türkiyə Cümhuriyyətindən şairlər iştirak edirdilər. Çox təəssüf, İraqdakı qələm dostlarımız gəlib çata bilməmişdilər. Əruz, sərbəst və heca vəznində şeirlər səsləndirildi. Arif bəylə ümumi mövzudan əlavə, Qarabağın işğalı, Xocalı soyqırımı barədə də şeirlər oxuduq və çıxışımız iştirakçılar tərəfindən yüksək dəyərləndirildi. Təbrizin, ümumiyyətlə Şərqi Azərbaycan Ostandarlığının rəhbər şəxsləri xeyir-dua verdilər. Məşhur İran müğənnisi Əmir Sipehrinin ifasında “Azərbaycanım”, “Sarı gəlin” və digər mahnılar hərarətli alqışlarla qarşılandı. Asudə vaxtlarda şəhərin qədim və məşhur məkanlarına, o cümlədən Şairlər Məqbərəsinə, muzeylərə, El gölünə ekskursiyalar səfəri daha da maraqlı və rəngarəng etdi. Sonda qiymətli hədiyyələrlə mükafatlandırıldıq və təqdim olunan əsərlərin nəşri, işlərin bu istiqamətdə daha geniş miqyasda davamı qərara alındı. ”

# 1660 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news