Dünyaca məşhur “Balaca şahzadə” əsərinin müəllifi, fransız yazıçısı Antuan de Sent Ekzüperinin hərbi təyyarəçi ikən sevgilisinə yazdığı, üstündə yazıçının sulu boya ilə çəkdiyi rəsm olan sevgi məktubu açıq hərraca çıxarılıb.
Kulis.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, məktub Parisdə baş tutan hərracda 240 min 500 avroya satılıb.
Auksionda məktubun çox güman ki, yazıçının son yazışması olduğu qeyd olunub. Məktuba əlavə olunmuş rəsmdə “Balaca şahzadə”dəki şahzadəyə oxşayan oğlan uşağı kiçik planetin təpəsində uzun bir perqamenti yazıb doldurduğu təsvir olunur.
- Qalmaqallı açıqlama: “Koroğlu”nu erməniyə verməyən alimin aqibəti - İki alim üz-üzə
- Azərbaycan "İlin çəkiliş məkanı" seçildi
- "Motivator" filmi beynəlxalq festivalda mükafat qazandı
Bundan başqa auksionda Ekzüperiyə aid 49 parça imzalı əlyazma satışa çıxarılıb.
Xatırladaq ki, Ekzüperi 1944-cü ildə kəşfiyyat uçuşuna gedərkən təyyarəsi ilə birgə itmişdi.