"Yerdə yatmaqdan belim ağrıyır” AYB rəsmisi

"Yerdə yatmaqdan belim ağrıyır” AYB rəsmisi
calendar 29 mart 2013
clock 13:17

“Mənzillərin bir kvadrat metrini min manatdan satmaq niyyətindəyik. Ancaq 600-700 manata da alan yoxdur”.

Bu fikirləri Kulis.az-a verdiyi açıqlamada Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi, birliyin ev siyahısında adı olanlardan biri Ədalət Əsgəroğlu söyləyib.

Ədalət Əsgəroğlu deyib ki, yaxın 3 ildə onlara verilmiş mənzillərin satılacağını gözləmir: “Çox məyus olmuşam. Düşünürdüm ki, bizə verilmiş mənzilin bir kvadrat metrini min manatdan satarıq. Mənə də təxminən 25 min manat düşər, torpaq alıb ev tikərəm. Amma bina təhvil verilmədiyinə görə mənzillər satılmır. Bizə mənzil veriləcək bina 12 mərtəbəli olmalıdır, ancaq 9 mərtəbə hazırdır. Qalan 4 mərtəbə tikildikdən bu binanın yanında daha iki bina tikilməli, istifadəyə verilmə prosesi bundan sonra başa çatmalıdır. Bütün bunları nəzərə alaraq yaxın 3 il ərzində heç nə gözləmirəm”.

Yazıçılar Birliyinin mətbuat katibi indi yaşadığı evin həddindən artıq balaca olduğunu da vurğulayıb: “Vallah, çarpayı qoymağa yer yoxdur. Yerdə yatmaqdan belim ağrıyır”.

Yazıçılar Birliyinin ev siyahısında olanlardan biri şair Əkbər Qoşalı da mənzillərin satılmasının ciddi problem olduğunu deyib: “Mənzil məsələsi ilə bağlı bir dəfə yığışmışıq, razılıq əldə olunub, qol çəkmişik, bundan sonra hər hansı bir addım atılmayıb. Hər hansı bir tərpəniş yoxdur, bu da binanın hazır olmamağı ilə bağlıdır. Hazırda vəziyyət qeyri-müəyyəndir. Şəxsən mən belə düşünürəm ki, mənzillərin satılması işi ümumi qərarın verilməsi ilə bu işlərdən başı çıxan bir adama tapşırılmalıdır”.

Yazıçı Aydın Xan isə deyir ki, Yazıçılar Birliyində mənzillərin satılması ilə bağlı müzakirə olub: “O vaxt qərara alındı ki, mənzillərin satışı ilə özümüz məşğul olaq. Amma tikinti işləri başa çatmadığından satışı həyata keçirmək mümkün deyil”.

Xatırladaq ki, yazıçı və şairlərə mənzil veriləcək binanı Abidə MTK tikir.

# 3709 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news