Mikayıl Müşfiq silahlı üsyan edəcəkmiş HÖKM

Mikayıl Müşfiq silahlı üsyan edəcəkmiş  HÖKM
calendar 18 aprel 2013
clock 11:21

Şair Mikayıl Müşfiq 1908-ci ilin 5 iyununda Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin dil-ədəbiyyat fakültəsində təhsil alıb. Şairin “Yenə o bağ olaydı”, “Oxu tar” və başqa şeirləri dillər əzbəridir. 1937-ci ildə repressiya qurbanlarından olan nakam şair haqqında 1938-ci ilin 6 yanvarında ölüm hökmü çıxarılıb. Mikayıl Müşfiq haqqında çıxarılmış ölüm hökmünün surəti Xızı rayonunda yerləşən ev muzeyində saxlanılır.

Kulis.Az tarixçi-alim Cəmil Həsənlinin “Ağ ləkələrin qara kölgəsi” kitabında 1938-ci ilin 6 yanvarında şahidsiz, müdafiəsiz, bir neçə dəqiqəlik qapalı iclasda Mikayıl Müşfiqə elan olunmuş ölüm hökmünü təqdim edir:

“İsmayılzadə Mikayıl Müşfiq Qədir oğlu 1908-ci ildə anadan olub. “Azərnəşr”in keçmiş redaktoru və tərcüməçisi... Azərbaycanda Sovet hakimiyyətini yıxmaq məqsədi ilə fəaliyyət göstərən, silahlı üsyan hazırlayan antisovet təşkilatın üzvü olmuşdur. Hərbi kollegiya İsmayılzadə Mikayıl Müşfiq Qədir oğlunu ən ağır cəzaya – güllələnməyə məhkum etdi”.

# 5813 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news