Sonumuz cənnətdə huri ilə mey içməkdirsə...

Sonumuz cənnətdə huri ilə mey içməkdirsə...
calendar 30 avqust 2013
clock 13:35

Kulis.Az Azad Yaşarın tərcüməsində böyük Şərq mütəfəkkiri Mövlanə Cəlaləddin Ruminin rübailərini təqdim edir.

Mövlanənin digər rübailərini burdan oxuya bilərsiz.

10

Ağlıyla, elmiylə tanınan kəsi

Bir tikə çörəyə etdilər əsir.

Onun biliklərlə dolu başında

İndi cövlan edir mal-mülk həvəsi.

11

Həm avam, həm dindaram, həm də dinsiz, kafirəm,

Həm uşağam, həm cavan, həm də ağsaqqal pirəm.

Canım bədəndən çıxsa, sanmayın öldüm… Deyin:

«Alıb getdi onu Dostu … elə dirildiyi dəm».

12

Ya rəbb, özün səbəb sal, məndəki «mən»i bilim,

Məğzimi dərk etməklə barı özümə gəlim.

Varlığımdan qoparaq sənin sirrinə varım,

Yoxsa səndən bixəbər bu canı, «mən»i neylim?!

13

Eşqə düşməyincə gülürdü üzüm,

Sonra alt-üst oldu gecəm-gündüzüm.

Aşiqlə məşuqu ayrı sanırdım –

Təki iki dənə görürmüş gözüm.

14

Qəlbim odlandıqca sənin dərdindən

Qaçdın, uzaqlaşdın günbəgün məndən.

Getdin, dərd-qəminlə qaldım baş-başa,

Demək vəfalıymış qəmin də… səndən.

15

Allah sevgisindən ziyan görülməz,

O sevgi olmadan canlar dirilməz.

Göylərdən torpağa enən bu ruhlar

Təkrar göy üzünə qayıtmazmı bəs?!

16

Xor görmə gizli sirr açan dərvişi -

Padşah tək ənamlar verməkdir işi.

Bir tikə çörəkçin düşüb dilənməz

Özü başqasına ruh verən kişi.

17

Aşiq eşq yolunda can qoya gərək,

Ölməzlik nə imiş anlaya gərək.

«Aşiq abi-kövsər içib» desələr,

Bunu nə əxz edə, nə duya gərək.

18

Nə üstdədir, nə altda… O Ay görən hardadır?

Bizli-bizsiz var olan, həp can verən hardadır?

Gəl, «Ordadır, burdadır» demə…

Aləmdə hər şey Onun şah əsəridir.

Bəs o Ərən hardadır?

19

Deyirlər: «Səbr eylə, bir gün cənnətdə

Hurilər əlindən içərsən badə».

Sonuc buymuş… Yarla mey

burda da var,

Gəl, içək, fürsəti verməyək fövtə.

https://www.facebook.com/azadyasharofficial

# 2427 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news