Bəlkə bir şey oxuyaq ərli qadınlar haqqında

Bəlkə bir şey oxuyaq ərli qadınlar haqqında
calendar 25 aprel 2014
clock 10:26

Mehman Qaraxanoğlunun şeirləri

Sual

Nə edim

Özün de

Susursan

Mən evli kişi

Sən ərsiz qadın

Mən dörd göz

İyirmi metrlik evimi

Arxamca dartıram

Sən də ərsizliyini

Bəlkə bir şey oxuyaq

Santimetrlər haqda

Bəlkə bir şey oxuyaq

Ərli qadınlar haqda

Bax mahnılar bunun üçündü

Susursan

2014

Quyu

Ey qadın

Sən əyilərkən

Açıq yaxandan

İki kasa su tökülür sanki

Ey

Qıpqırmızı alma

Alov dilimləritək

Aralanmış dodaqların

Yerdən

Göydən

Su çəkir sanki

Yer üzündə nə qədər quyu var

Onların başında

Sən dayanmısan

Sən

Sən

Sən

Yenə də sən

Ey qadın

2014

Eşidirsən

Eşidirsən

Qış öz yatağından

Buraxmır yazı

Sevişirlər

Evimizin köhnə damında

Uşaqlar deyir

Yaza çıxmaz damımız

Bu qədim cırıltıdı

İlk dəfə harada eşitdiyimi unutmuşam

Ölülər ağır olanda

Mafənin cırıltısı da belə olur

Bu əski küləklər

Donu əynindən çıxarılmış

Qadınlar kimidi

Onlar

Sərsəri küçələrdə

Özlərinə paltar seçirlər

Eşidirsən

Eşidirsən

2014

# 1790 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
menu pen all_news