“Unutmağa kimsə yox...” Türkiyədə çap olunub

“Unutmağa kimsə yox...” Türkiyədə çap olunub
calendar 15 dekabr 2016
clock 13:45

Kamal Abdullanın “Unutmağa kimsə yox...” (Kemal Abdulla. “Unutmağa kimse yok...”, Ankara 2016.) adlı kitabı Türkiyədə nəşr olunub. Kulis.azın məlumatına görə kitab “Bengü” nəşriyyatında çap edilib.

Bir müddət əvvəl Moskvada işıq üzü görən roman indi türk oxucusuna təqdim nəfis tərtibatda təqdim edilib. Romanın türk dilinə çevirən və ön sözün müəllifi İstanbul Yedditəpə Universitetinin dostenti Arif Acaloğludur.

“Unutmağa kimsə yox...”dan əvvəl bu trilogiyanın “Yarımçıq əlyazma” və “Sehrbazlar dərəsi” romanları da Türkiyədə nəşr edilmişdi.

Kitabın ön sözündə roman müxtəlif aspektlərdən təhlil olunur, oxucuya romanı daha dərindən anlaması üçün ipucları verilir. Arif Acaloğlu bu romanı dil sərhədlərini aşan və yalnız alternativ təhlillərlə qavranıla bilən kitab kimi dəyərləndirir.

Kitabın üzündə Azərbaycanın ən uca zirvəsi olan Bazardüzünün şəkli yer alıb. Kitabın arxa üzündə Kamal Abdullanın ədəbi və elmi fəaliyyəti, əsərlərinin tərcümə olunduğu dillər, nəşr olunduğu ölkələr haqda məlumat öz əksini tapıb.

# 1076 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
menu pen all_news