Bir yorğun pəri var... - Əhməd Cavad şedevri

Bir yorğun pəri var... - Əhməd Cavad şedevri
calendar 2 aprel 2017
clock 14:00

Kulis.az Əhməd Cavadın şedevrlərindən hesab olunan "Göy göl" şeirini təqdim edir.

Dumanlı dağların yaşıl qoynunda

Bulmuş gözəllikdə kamalı Göy göl!

Yaşıl gərdənbəndi gözəl boynunda,

Əks etmiş dağların camalı Göy göl!

Yayılmış şöhrətin Şərqə, Şimala,

Şairlər heyrandır səndəki hala.

Dumanlı dağlara gələn suala,

Bir cavab almamış soralı Göy göl!

Bulunmaz dünyada bənzərin bəlkə,

Zəvvarın olmuşdur bir böyük ölkə,

Olaydı könlümdə bir yaşıl kölgə,

Düşəydi sinənə yaralı, Göy göl!

Sənin gözəlliyin gəlməz ki, saya,

Qoynunda yer vardır yıldıza, aya.

Oldun sən onlara mehriban daya,

Fələk büsatını quralı, Göy göl!

Kəsin eyşi-nüşi, gələnlər susun,

Dumandan yorğanı, döşəyi yosun.

Bir yorğun pəri var, bir az uyusun,

Uyusun dağların maralı Göy göl!

Zümrüd gözlərini görsünlər deyə,

Şamlar boy atmışdır uzanmış göyə.

Keçmişdir onlara qəzəbin niyə.

Düşmüşlərdir səndən aralı, Göy göl!

Dolanır başına göydə buludlar,

Bəzənmiş eşqinlə çiçəklər, otlar.

Öpər ayağından qurbanlar otlar,

Ayrılıq könlünü qıralı, Göy göl!

Bir sözün varmıdır əsən yellərə,

Sifariş etməyə uzaq ellərə?..

Yayılmış şöhrətin bütün dillərə,

Olursa qoy olsun haralı, Göy göl!

Image result for göy göl

# 2293 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news