“Geyilməmiş ayaqqabılar” filmi təqdim edilib

“Geyilməmiş ayaqqabılar” filmi təqdim edilib
calendar 17 yanvar 2018
clock 09:44

Yanvarın 16-da Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə rejissor Rza Rzayevin “Geyilməmiş ayaqqabılar” bədii filminin təqdimatı keçirilib.

Təqdimat mərasimində filmin ssenari müəllifi və baş prodüseri Rza Rzayev, yaradıcı prodüseri Yuri Filipov, bəstəkarı Vyaçeslav Şulin və başqaları çıxış edərək ekran əsəri barədə fikirlərini bölüşüblər.

Bildirilib ki, Aprel şəhidlərinin xatirəsinə həsr olunan ekran işində yurd-yuvasından didərgin düşən və tələbə yataqxanalarında məskunlaşan məcburi köçkünlərin gərgin, psixoloji yaşamı təsvir olunur. Filmdə Qarabağ savaşında gənc ərini və körpə qızını itirmiş, tək oğlu ilə Bakıda qaçqın yataqxanasına sığınmış və hər gün geriyə – öz doğma torpaqlarına qayıtmaq ümidi ilə yaşayan azərbaycanlı məcburi köçkün qadınların ümumiləşdirilmiş obrazı yaradılıb. Qadın şəhid ərinin xəyalı və öz ata-baba yurduna dönəcəyi vaxtın intizarı ilə günləri sayır, dərin sükutla oğluna baxır. Həsrət də sakitcə deyir: “Qarabağ alınanda atamı və bacımı da götürüb kəndimizə gedərik...”

Filmin sonunda ana əlil arabasında iki ayağını itirmiş əsgərlə Xankəndidə “Geyilməmiş ayaqqabılar” muzeyinin qarşısına gəlir. Bir cüt ayaqqabını muzeyə verir.

Düşündürücü rejissor işi tamaşaçıda dərin psixoloji gərginlik yaradıb.

Qeyd edək ki, filmin quruluşçu operatoru Elman Əliyev, quruluşçu rəssamı Məhərrəm Əliyev, prodüseri Mahir Canasdır. Filmdə Gülzar Qurbanova, Bəhruz Vaqifoğlu, Dəniz Həsənov və başqaları çəkiliblər. /azertag.az/

# 1103 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news