Bəstəkarlar üçün Nəsimi müsabiqəsi elan olunub

Bəstəkarlar üçün Nəsimi müsabiqəsi elan olunub
calendar 14 mart 2019
clock 17:15

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə bəstəkarlar üçün “Nəsimi romans” adlı respublika müsabiqəsi elan olunub.

“Nəsimi ili” çərçivəsində reallaşan müsabiqə gənc bəstəkarları şairin irsi ilə tanış etmək, gələcək fəaliyyətlərində peşə inkişafı, yeni musiqili dil və onun inkişaf yollarını axtarmaq məqsədi daşıyır.

Müsabiqədə 20-35 yaş arası akademik səviyyədə bəstəkarlıq təhsili olan, habelə bəstəkarlıq ixtisası üzrə məzun olan gənc bəstəkarlardan ibarət Azərbaycan respublikasının vətəndaşları iştirak edə bilər.

Müsabiqənin əsas ideyası Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustası Nəsiminin poeziyasının gənc musiqiçilər tərəfindən öyrənilməsi, romans janrında müasir repertuarların yaradılmasıdır.

Müsabiqənin birinci mərhələsi mayın 23-24-də reallaşacaq. Müsabiqənin ikinci mərhələsi isə mayın 29-30-da keçiriləcək.

Müsabiqədə iştirak etmək istəyənlər mayın 10-dək əsərlərin notlarını və öz tərcümeyi-hallarını [email protected] elektron ünvanına göndərməlidirlər./azertag.az/

# 2209 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
menu pen all_news