Bakıda türk rəssamların əsərləri sərgilənəcək

Bakıda türk rəssamların əsərləri sərgilənəcək
calendar 13 may 2019
clock 12:40

Mayın 14-də Azərbaycan Milli İncəsənət Muzeyində “Türkiyədən əsən meh” adlı sərgi açılacaq.

ONA-nın məlumatına görə, sərgi Mədəniyyət Nazirliyi, Bakı Yunus Əmrə İnstitutu, Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşəbbüsü və “Türk Hava Yolları”nın dəstəyi ilə reallaşacaq.

Müasir türk mədəni irsini Azərbaycanda tanıtmaq məqsədilə keçirilən sərgidə Rauf Tuncer, Hüseyn Elmas, Erkin Keskin kimi peşəkar türk rəssamlarının əsərləri təqdim olunacaq. Sərgi son illər ərzində öz mövzusu və peşəkarlığı baxımından Azərbaycanda təşkil edilən ən maraqlı sərgilərdən biri sayıla bilər. Türkiyənin – Bursa, Konya və İstanbul kimi qədim mədəniyyət, sənət ocaqlarında rəssam kimi formalaşan, yaşayan bu yaradıcı şəxslərin hər birinin fərdi duyumu, tablolarında canlandırdıqları həyata baxışları var.

Ölkə hüdudlarından kənarda çoxsaylı sərgilərdə iştirak etmiş akademik rəssamlar Rauf Tuncer, Hüseyn Elmas və Erkin Keskinin müxtəlif texnika və janrlarda işlənmiş 50-dən artıq əsəri tamaşaçılara təqdim ediləcək.

# 2180 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
Norma
Norma
menu pen all_news