Salam Sarvandan meyxana ilə bağlı şok açıqlama

Salam Sarvandan meyxana ilə bağlı şok açıqlama
calendar 11 noyabr 2019
clock 11:55

Tanınmış şair Salam Sarvan meyxanaçıları deyişməyə çağırıb.

Kulis.az bildirir ki, şair bu addımı meyxananın efirdə təbliğinə son qoymaq üçün atdığını qeyd edib.

"Biz indiyədək meyxananın əleyhinə dibinəcən çıxmamışıq. Amma son vaxtlar açıq hiss olunur ki, meyxananın efirlərdə kütləvi təbliği cəmiyyətdə qaqaşlıq intonasiyasında fəsadlar törədir. Ona görə də bu məsələyə, mümkünsə, nöqtə qoymaq qərarına gəlirik: mən meyxana aləminin öz içindən seçəcəyi iki nəfərlə deyişmək istərdim. Daha doğrusu, bu, çağırışdı. şərtimiz: dörd qafiyə - ikisi oynaq, ikisi əruz. Qafiyələrin ikisini mən, ikisini onlar açırlar. Hər iki tərəfdən xiridarların sayı 10 nəfər. Hər iki tərəfdən çəkiliş".

Salam Sarvan yekunla bağlı kəskin şərt qoyub:

"Həmin iki nəfərin bağlanacağı təqdirdə meyxana efirlərə çıxmamalıdır, həyatın yeraltılarında yaşamaqda davam eləməlidir, mən bağlanacağım təqdirdə qələm yerə qoyulur".

# 9159 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news