Onlar İsa Hüseynovu belə xatırladılar

Onlar İsa Hüseynovu belə xatırladılar
calendar 1 aprel 2014
clock 10:45

Kulis.Az ədəbiyyat adamlarının mərhum Xalq yazıçısı İsa Hüseynovla bağlı fikirlərini təqdim edir.

Anar: “Bu çox böyük itkidir. İsa Hüseynov “60-cı lar” ədəbi nəslinin ustadı idi. O, yeni Azərbaycan nəsrinin yaradıcısı idi. Onun yoxluğunu hər zaman hiss edəcəyik. Allah rəhmət eləsin!”

Elçin: “İsa Hüseynov 20 – ci əsr Azərbaycan ədəbiyyatının böyük simalarından biri idi. Yaradıcılığı əsas etibarilə Sovet dövründə təsadüf etsə də, ideologiyaya yox, ədəbiyyata xidmət etdi. Onun “Saz”, “Kollu koxa”, “Tütək səsi” əsərləri Azərbaycan ədəbiyyatına şərəf gətirdi. Bu və digər əsərləri həmişəyaşar, təravətli olacaq. İsa Hüseynov mənim ilk yazılarımı, hekayələrimi oxuyub öz vacib məsləhətlərini vermişdi. Həm insan, həm oxucu, həm də bir ədəbiyyat adamı olaraq İsa Hüseynovun ölümü mənim üçün böyük itkidir”.

Maqsud İbrahimbəyov: “İsa həm çox yaxşı adam, həm də çox yaxşı yazıçıydı. Onun miqyasında bir yazıçımız yox idi. Doğrudan qanım çox qaraldı. Allah rəhmət eləsin!”

Nizami Cəfərov: “İsa Hüseynov çox nəhəng, dünya miqyasına çıxacaq yazıçı idi. Düşünürəm ki, xalqımız həmişə onunla fəxr edəcək. Aramızda olan yaş fərqinə baxmayaraq dost idik. Mənə əziz bir insan idi. İsa Hüseynov kimi insanların ölümünə istər – istəməz məyus olursan. Allah rəhmət eləsin!”

# 2444 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news