Yasda da vay, toyda da vay... can! Can! Aaaa...

Yasda da vay, toyda da vay... can! Can! Aaaa...
calendar 16 oktyabr 2014
clock 16:41

Kulis.az satirik şair Əvəz Qurbanlının “Yasda da vay, toyda da vay” şeirini təqdim edir...

“Şərlə xeyir bənzər əkiz qardaşa”,
Mən bu sözü indicə düşdüm başa.

Vayda da vay, toyda da vay... can! Can! Aaaa...
Vay dədə vay! Oyna, davay: “can-cana”...

Biz də deyək meyxana: “toylar yıxır”,
Kim ki girir meydana, toylar yıxır...
Yasda yıxılmaq fələyin hökmüdü,
Toyda yıxılmışları toylar yıxır.

Vayda da vay, toyda da vay... can! Can! Aaaa...
Vay dədə vay! Oyna, davay: “can-cana”...

Borc eləyib, xərc eləyib iş görən,
“İşgüzar insanları” toylar yıxır.
Pəhləvana arxa yerə verməyən
Dağ kimi oğlanları toylar yıxır.

Vayda da vay, toyda da vay... can! Can! Aaaa...
Vay dədə vay! Oyna, davay: “can-cana”...

Ehsan aş üçün deyinirsən məgər?

Yas yıxa bilməz bizi, toylar yıxır...

Yas qurulur, toy çalınır? Bilmirəm,
Amma ki bu milləti toylar yıxır...

Vayda da vay, toyda da vay... can! Can! Aaaa...
Vay dədə vay! Oyna, davay: “can-cana”...

“Şərlə xeyir bənzər əkiz qardaşa”,
Sən də deyirsən bunu düşdün başa?
Onda soruşma nəyi toylar yıxır,
Toy günü müflis bəyi toylar yıxır...
Ən ölüsü, 50 manatdır tası
Sən toy edərsən, tutaram mən yası...

Vayda da vay, toyda da vay... can! Can! Aaaa...
Vay dədə vay! Oyna, davay: “can-cana”...

# 2324 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
Norma
Norma
menu pen all_news