Xoşbəxtliyin qafiyəsi - ŞEİR

Xoşbəxtliyin qafiyəsi -  <span style="color:red;">ŞEİR
calendar 10 noyabr 2015
clock 11:51

Kulis gənc şair Rauf Qərib Alagözün şeirlərini təqdim edir.

ŞEİR GÖZLÜM…

Şeir gözlüm, göz naxışın can alır,

Qorxuram gözünə göz dəyər birdən.

Elə bil ləl axır dodaqlarından,

Sözünə kənardan söz dəyər birdən.

Çiçəklər qoxuna heyran olarlar,

Ən gözəl çiçəkdən gözəlsən, gülüm.

Sən Allah, küçəyə-bacaya çıxma.

Qısqanclıq zülümdü, ölümdən zülüm.

Cənnətin həvəsi yoxdur içimdə.

Cənnətsən qiyamət qopana kimi.

Ölüb-dirilmişəm, bəlkə, min dəfə,

Mən səni dünyada tapana kimi.

Şeir gözlüm, gözlərində ölərəm.

Qorxuram gözünə göz dəyər birdən.

Qoy agah olsun ki, son mənzilimsən,

Hardasa bir mənzil gözləyər birdən.

XOŞBƏXTLİYİN QAFİYƏSİ

Ey mənim ömrümü süsləyən qadın,

Sən mənim başımın tacısan, tacı.

Sevgiylə sevgiyə səsləyən qadın,

Yaralı qəlbimin oldun əlacı.

Qafiyə olmusan xoşbəxtliyimə,

Ən gözəl şeirim, sözüm də sənsən.

Necə də gözəlmiş demə bu dünya...

Dünyaya baxdığım gözüm də sənsən.

Adımı dəyişib "xoşbəxt" qoyardım,

Qorxuram kənardan göz dəyər mənə.

Təzəcə soyuyub keçmişin külü,

Hardansa alovlu köz dəyər mənə.

İzin ver gözündə yaşayım sənin,

Ey mənim ömrümü süsləyən qadın.

Tamamən özündə yaşayım sənin,

Sevgiylə sevgiyə səsləyən qadın.

SƏN FƏRQLİSƏN

Sənin əsəbin də fərqlidir, fərqli,

Yanında dərdimin yuxusu gəlir.

Mənə qışqırdıqca nəfəsin ilə

Ağzından xoşbəxtlik qoxusu gəlir.

Əsəbdən titrəyən dodaqlarından,

İnan ki, qəlbimə sevinc süzülür.

Səni sevə-sevə qurtarammıram,

Sevdikcə sıraya sevgi düzülür.

Nə gözəl parlayır odlu gözlərin,

Bir xoşbəxt həyatdan bəhs eləyirlər.

Hirsindən göylərdə uçan əllərin,

Musiqi olmadan rəqs eləyirlər.

Sənin əsəbin də fərqlidir, fərqli,

Əsəbləş, yetər ki, susmasın dilin.

Bir alıq əsəbin xəbərçisidir,

Xoşbəxtlik yaşadan bir neçə ilin.

DƏNİZ

Gəl çırp dalğaları sinəmin üstə,
Sönsün ürəyimin alovu, dəniz.
Sən sonsuz dərdlərin tənha ovçusu,
Mən zalım bir dərdin bir ovu, dəniz.

Bu gecə sahilə çıxmısan yenə,
Apar dərdimi də özünlə apar.
Ya eşqi qəlbimdən sök elə indi,
Ya məni bu zalım dünyadan qopar.

Niyə danışmırsan, niyə dinmirsən,
Nədir içindəki susqunluq bu gün?
Deyən çarəsizsən sən də mənimtək,
Susursan halımı gördüyün üçün.

Gəl çırp dalğaları sinəmin üstə,
Sönsün ürəyimin alovu, dəniz.
Neçə min dərdlini qurban eyləyib
Oldun bu dərdimin girovu, dəniz.

# 2335 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news