Mirmehdi Ağaoğlunun hekayələr kitabı çap olundu

Mirmehdi Ağaoğlunun hekayələr kitabı çap olundu
calendar 13 yanvar 2016
clock 16:05

"ATV Kitab" seriyasının növbəti nəşri – müasir Azərbaycan nəsrinin istedadlı nümayəndələrindən olan Mirmehdi Ağaoğlunun "Alman malı" hekayələr toplusu işıq üzü görüb.

"ATV Kitab" seriyasının rəhbəri Səlim Babullaoğlu deyir ki, kitabın nəşri diqqətəlayiq hadisədir. Onun fikrincə bu, kitab seriyasının müasir ədəbiyyatımıza verdiyi töhfə, çağdaş ədəbi prosesin nəbzini tutmaq cəhdidir. Mirmehdi Ağaoğlu yeni yazıçılarımız arasında seçilən, özünəməxsus qələm adamıdır, artıq o öz yazıçı imzasını təsdiq edib, onun haqqında müxtəlif nəsilləri təmsil edən ədiblərimiz öz təqdiredici rəylərini söyləyiblər.

"Parlaq imzalar" nəşriyyatının direktoru Nurman Tariq də hesab edir ki, "Alman malı" hekayələr toplusu Azərbaycan cəmiyyəti və insanının günümüz üçün aktual olan problemlərinə, şəxsiyyət kimi formalaşmasında maneələr yaradan faktorlara ironik yanaşması ilə səciyyələnir və bu mənada oxucular üçün çox maraqlı olacaq. Kitabda yer alan hekayələr əsasən son zamanlarda baş verən hadisələrlə bağlı olub, gündəmdəki, məişət həyatımızdakı, ailədaxili münasibətlərimizdəki çatışmazlıqları gerçəkliyiylə göstərir. Bu rakursdan müəllifin hekayələri özünəməxsusluğu ilə seçilir.

"ATV Kitab" layihəsinin redaksiya heyətinə Vüqar Qaradağlı (sədr), Məsiağa Məhəmmədi, Cavanşir Yusifli, İlqar Fəhmi, Səlim Babullaoğlu (layihə rəhbəri), Seyfəddin Hüseynli və Dilman Şahmərdanlı daxildir. Kitabın redaktoru Ağa Cəfərli və Dilman Şahmərdanlı, bədii və texniki tərtibat İsmayıl Süleymanlıya məxsusdur. Kitab üzərində işləyən yaradıcı və texniki heyətə Toğrul Musayev, Turac Eldarqızı, Azər Əsgərzadə də daxildir.

Qeyd edək ki, bundan əvvəl eyni seriyadan A. Strindberqin "Tənha" romanı, V. Krevenin "Azəristan hekayələri" kitabı nəşr edilmişdi.

news.atv.az

# 995 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news