Akademiyada ədəbiyyatla bağlı müzakirə keçirilib

Akademiyada ədəbiyyatla bağlı müzakirə keçirilib
calendar 3 mart 2016
clock 15:52

3 mart - Beynəlxalq Yazıçılar Günündə AMEA-nın kitabxanasında dəyirmi masa keçirlib.

Kulisin verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Yaradıcılıq Fondunun və AMEA-nın ədəbiyyat institutunun təşkilatçılığı ilə “Çağdaş ədəbiyyat-problemlər və perspektivlər” mövzusunda təşkil olunmuş tədbirdə gənc yazarlar, ədəbi tənqidçilər və ali məktəblərin filologiya fakültələrinin bir qrup tələbəsi iştirak ediblər.

Müzakirəni giriş nitqi ilə açan Bilik Fondunun icraçı direktoru Oktay Səmədov çağdaş ədəbiyyatın başlıca problemlərindən danışıb. Klassik Azərbaycan ədəbiyyatı ilə müasir dövr arasında paralellər aparan natiq gənc yazarları bu aspektdən konkret təkliflərlə çıxış etməyə çağırıb.

Yazıçı, Kulis ədəbiyyat dərgisinin baş redaktoru Qan Turalının mövzu ilə bağlı məruzəsindən sonra maraqlı müzakirə başlayıb.

Yaradıcılıq Fondunun aparat rəhbəri, şair Qismət, AMEA-nın ədəbiyyat institutunun aparıcı mütəxəssisi Elnarə Akimova, yazıçı Şərif Ağayar çağdaş ədəbiyyatımızla dünya ədəbiyyatı arasındakı əlaqələr, müasir tendensiyaların yaradıcılığa tətbiqi ilə bağlı maraqlı fikirlər söyləyiblər.

Müzakirələr mövzudan mövzuya keçməklə davam edib.

# 1169 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
Norma
Norma
menu pen all_news