TÜRKSOY gələn ili “Qara Qarayev ili” elan edib

TÜRKSOY gələn ili “Qara Qarayev ili” elan edib
calendar 6 dekabr 2017
clock 15:14

Qazaxıstanın Türküstan şəhərində TÜRKSOY-un mədəniyyət nazirləri Daimi Şurasının 35-ci toplantısı keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, toplantının yekun bəyannaməsində Azərbaycan, Qazaxıstan və Qırğızıstanın təklifi ilə 2018-ci ilin Azərbaycanlı bəstəkar Qara Qarayev, Qazax xalq şairi Mağjan Jumabayev və Qırğız yazıçısı Çingiz Aytmatovun xatirəsinə "Anma İli" elan edilməsi qərara alınıb.

Bəyannamədə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının və Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA) mütəxəssislərinin bir araya gələrək işçi qrupunun yaradılması, həmin işçi qrupunun hazırladığı dəyişikliklərin növbəti daimi şura toplantısında imzalanması qərara alınıb.

TÜRKSOY-un 2018-ci ilin Fəaliyyət Proqramının da qəbul olunduğu iclasda qurumun baş katibi Düsen Kaseinov səs çoxluğu ilə yenidən təşkilatın baş katib seçilib.

Qeyd edək ki, Türküstanda “Türk Dünyasının mədəniyyət paytaxtı" layihəsi çərçivəsində türk xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmlənməsinə yönəlmiş 40-dan çox tədbir keçirilib.

# 1386 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news