Vladimir Menşov Bakıda - Foto

Vladimir Menşov Bakıda - <span style="color:red;">Foto
calendar 9 aprel 2019
clock 13:56

Rusiyanın Xalq artisti, SSRİ Dövlət Mükafatı və “Oskar” mükafatı laueratı Vladimir Valentinoviç Menşovun yaradıcılıq gecəsi keçiriləcək.

Kulis.az-ın verdiyi xəbərə görə, yaradıcılıq gecəsi “MDB ölkələrində ümumrusiya Dövlət Kinematoqrafiya institutu günləri. Dünyanın ilk kino məktəbinin 100 illiyi” ilə əlaqədar Qerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya institutunun Azərbaycana səfər etmiş professor müəllim heyətinin 8-12 aprel tarixlərində Bakıdakı səfəri zamanı keçirilən tədbirlərdən biridir.

ÜDKİ-nin rektoru, Mədəniyyət və İncəsənət Tədris Müəssisələri Assosiasiyasının prezidenti, Rusiya Federasiyasının Əməkdar mədəniyyət işçisi, Rusiya Təhsil Akademiyasının akademiki, professor Vladimir Malışovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə V.Arxipov, A.Zakirov, İ.Klebanov, V.Menşov, E.Rusinova, V.Fokin, V.Xotinenko, T.Yakovleva, Y.Yaromenko kimi məşhur pedaqoqlar, o cümlədən İnstitutun 25 tələbələsi daxildir.

Aprelin 9-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində mətbuat nümayəndələrinin qonaqlarla görüşündə səfər çərçivəsində baş tutacaq tədbirlər haqqında məlumat verildi. Həmçinin görüş zamanı Universitetlərarası əməkdaşlıq müqavilələri imzalandı, bir sıra təkliflər səsləndi, jurnalistlərin sualları cavablandırıldı.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova Lənkəran şəhərində ÜDKİ-nin yay kinoməktəbinin açılmasının planlaşdırıldığını söylədi. Həmçinin gələcək əməkdaşlıqda mütəxəssislərin dəvət olunması, tələbə mübadiləsi, master klasslar nəzərdə tutulduğu qeyd olundu.

Xatırladaq ki, sözügedən səfər çərçivəsində də ustad dərsləri, seminarlar, treninq və məşğələlər, dəyirmi masalar, sərgilər, konsertlər, film nümayişləri və ÜDKİ-nin məzunları ilə görüşlər keçiriləcək.

Aprelin 10-da saat 19.00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının binasında Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun professoru, aktyor emalatxanasının rəhbəri, Rusiyanın Xalq artisti, Vladimir Petroviç Fokinin A.M.Volodinin əsəri əsasında quruluş verdiyi “Beş axşam” tamaşası nümayiş olunacaq.

# 3094 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news