Yazıçılarımızın adı London Mükafatı siyahısında

Yazıçılarımızın adı London Mükafatı siyahısında
calendar 12 iyul 2019
clock 13:04

Azərbaycan yazıçıları Kamran Nəzirli və Səriyyə Məmmədovanın adları Ədəbiyyat üzrə Beynəlxalq London Mükafatına namizədlərin uzun siyahısına düşüb.

Bu barədə xəbəri Beynəlxalq Yazıçılar Təşkilatının Moskvadakı nümayəndəliyinin mətbuat xidməti yayıb.

Xəbərdə qeyd edilir ki, 260 nəfərdən ibarət siyahıda yer alan Azərbaycan yazıçılarının seçilmiş əsərləri müsabiqə komissiyasının qərarı ilə uzun siyahıya daxil edilib. Qərar dünyanın müxtəlif ölkələrindən olan müəlliflərin hər birinə “London Mükafatı yazıçını təqdim edir” seriyası altında kitablarını nəşr etmək imkanı qazandırıb. Bütün kitablar nəşr olunandan sonra Beynəlxalq Yazıçılar Təşkilatının saytında onların anonsu veriləcək. Kamran Nəzirli bildirib ki, mükafata namizədlər bir neçə nominasiya üzrə təqdim edilir: poeziya, qısa hekayələr, irihəcmli nəsr əsərləri, dramaturgiya, esseistika, tənqid, fantastika, ingiliscədən ruscaya, ruscadan ingiliscəyə tərcümə əsərləri və jurnalistika. Yazıçımız qısa hekayələr nominasiyası üzrə təqdim edilib.

Xəbərdə daha sonra bildirilir ki, Beynəlxalq Yazıçılar Təşkilatının kollektivi mükafatın uzun siyahısına düşən müəllifləri təbrik edir, onlara növbəti mərhələdə daha böyük uğurlar arzulayır./azertag.az/

# 2223 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news