38 yaşında güllələnən şairin şeiri – Bazar Oxusu

38 yaşında güllələnən şairin şeiri – Bazar Oxusu
calendar 18 avqust 2019
clock 12:18

Bu gün məşhur ispan şairi Federiko Qarsia Lorkanın anım günüdür. Kulis.az “Bazar oxusu” layihəsindən onun “Gitara” şeirini təqdim edir.

Başlayır gitaranın

İniltisi, naləsi

Çilik-çilik dağılır

Səhərin piyaləsi.

Başlayır gitaranın

İniltisi, naləsi.

Umma ki, sakit olub

Susacaqdır gitara.

Ümid bağlama onun

Qəm nəğməsi qurtara.

Yalvarma əbəs yerə

- yetər artıq, sus deyə.

Onun ağlayışları

Olar sənə hədiyyə.

Yoxuşdan axıb gələn

Bir dağ çeşməsi kimi.

Qarlara sığal çəkən

Küləyin səsi kimi

Gitara ağlayacaq

Susmayacaq gitara.

Ümid bağlama onun

Qəm nəğməsi qurtara.

Yalvarma — yetər artıq,

Bir sakit ol, sus! — deyə.

Bir anlıq təsəlli tap

Gəl ol qayğısız — deyə

Belə ağlayır Batı

Doğrunun həsrətiylə

(Belə ağlayır qürub

səhərin həsrətiylə)

hədəfsiz atılan ox

belə inləyir gedir.

Bircə damla şeh üçün

qaynar qum belə yanır.

İlan vurmuş yazıq quş

Belə gedir həyatdan

Gitara, ah gitara

beş xəncərin qurbanı

Söylə təsəllin, hanı?

Tərcümə: Rəsul Rza

# 2182 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
menu pen all_news