“Adam çox idi, amma insan elə də çox deyildi”

“Adam çox idi, amma insan elə də çox deyildi”
calendar 21 yanvar 2013
clock 08:30

Kulis.az qədim yunan filosofu Sinoplu Diogenin (təqribən e.ə. 400 – 325) aforizmlərini təqdim edir.

Olimpiyadan qayıdan Diogen, orada adam çox idimi, sualına belə cavab verir: “Adam çox idi, amma insan elə də çox deyildi”.

***

Diogen bir çirkli hamam haqqında soruşur: “Burada çimdikdən sonra harada yuyunurlar?”

***

“Hansı yaşda evlənmək məsləhətdir” sualına Diogen belə cavab verib: “Gəncsənsə hələ tezdir, qocasansa artıq gecdir”.

****

Diogen səhər yeməyini nə vaxt yemək lazım olduğunu soruşan adama belə deyib: “Əgər zənginsənsə, nə vaxt istəsən, yox əgər kasıbsansa nə vaxt bacarsan”.

***

Xeyli yaxşılaşmış qoca qarını görən Diogen deyib: “Əgər bu dirilər üçündürsə, sən gecikmisən, yox əgər ölülər üçündürsə, onda tələs”.

***

Qeybət edən qadınları görən Diogen deyib: “Bir gürzə digərinə borca zəhər verir”.

***

Diogen təntənəli yürüşü seyr edən gözəl qızlardan gözünü çəkə bilməyərək arxaya boylanan cəng arabasındakı olimpiyaçı Dioksipə deyir: “Baxın görün gənc qız dəliqanlının boynunu necə burdu”.

***

Makedoniyalı İsgəndər Kraniyada gündə qaralan Dionisin başının üstündə dayanaraq deyir: “Məndən ürəyindən keçəni istəyə bilərsən”. Diogen cavab verir: “Günəşin qarşısını kəsmə”.

***

Diogen günün günorta çağı əlində lampa “Adam axtarıram” deyərək küçələri gəzirmiş.

***

Diogen heykəldən sədəqə istəyir. Ondan niyə belə etdiyini soruşanda isə cavab verir: “Özümü imtinaya öyrəşdirmək istəyirəm”.

***

Haralı olması sualına Diogen belə cavab verib: “Mən dünya vətəndaşıyam”.

***

Seneka Diogen haqqında deyib: “Bu elə bir insan idi ki, böyük İsgəndər ona nə bir şey verə, nə də ala bilərdi”.

# 3447 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news