“Əfqanıstan uçurumu”nun təqdimatı keçiriləcək

“Əfqanıstan uçurumu”nun təqdimatı keçiriləcək
calendar 6 fevral 2013
clock 10:21

“Bu yaxınlarda yazıçı-publisist Zakir Sadatlının “Lent.az-ın kitabxanası” silsiləsindən “Əfqanıstan uçurumu” adlı kitabını nəşr etdirmişdik, müəlliflə bərabər kitabın təqdimatını keçirməyə hazırlaşırdıq”.

Kulis.az-ın verdiyi məlumata görə, bunu Lent.az İnformasiya Agentliyinin Baş Direktoru Qabil Abbasoğlu söyləyib.

Qabil Abbasoğlu bildirib ki, təəssüf, əcəl “Əfqanıstan uçurumu” kitabının təqdimatını müəlliflə birgə keçirməyimizə imkan vermədi: “Öncə yanvarın 28-də “Əfqanıstan uçurumu” kitabının təqdimatını keçirməyi planlaşdırmışdıq. Lakin Zakir Sadatlı övladının toy mərasimi və səhhətindəki ağırlaşmalar səbəbindən bu təqdimatı ertələdi. Təqdimat mərasimini toydan dərhal sonraya salmaq istədik, ancaq Zakir fevralın 15-ni təklif etdi. Çünki fevralın 15-i sovet qoşunlarının Əfqanıstandan çıxmasının ildönümüdür. Kitab da Əfqanıstan müharibəsi ilə bağlı olduğu üçün bununla razılaşdıq. Təəssüf ki, əcəl imkan vermədi”.

Qabil Abbasoğlu deyib ki, Zakir Sadatlıya verdikləri sözü yerinə yetirəcəklər: “Fevralın 15-də “Lent.az-ın kitabxanası” silsiləsindən nəşr olunmuş “Əfqanıstan uçurumu” kitabının təqdimat mərasimini təşkil edəcəyik. Təqdimat mərasiminə Zakir Sadatlının yaxınlarını, həmkarlarını və qələm adamlarını dəvət edəcəyik”.

# 2511 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
Norma
Norma
menu pen all_news