Əkrəm Əylislinin fotoları AYB-dən yığışdırılacaq

Əkrəm Əylislinin fotoları AYB-dən yığışdırılacaq
calendar 7 fevral 2013
clock 17:42

“Sabah Əkrəm Əylisli ilə bağlı Yazıçılar Birliyində növbəti müzakirə keçiriləcək”. Bu barədə Kulis.Az-a Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu məlumat verib.

Ədalət Əsgəroğlunun sözlərinə görə, Əkrəm Əylislinin Yazıçılar Birliyinin üzvü olub-olmamağı məsələsinin aydınlaşdırmaq məqsədilə dəqiqləşdirmə aparılacaq:

“Əkrəm Əylisli demişdi ki, Yazıçılar Birliyinin üzvlüyündən çıxmaq üçün ərizə yazmışam. Amma mən nə qədər axtarsam da o ərizəni tapa bilmədim. Əkrəm Əylisli kimə verib, ərizə hardadır, bilinmir. Biz müzakirəni o məqsədlə keçirəcəyik ki, dəqiqləşdirək, Əkrəm Əylisli Yazıçılar Birliyinin üzvüdür, yoxsa yox. Yazıçılar Birliyinin üzvüdürsə, üzvlük məsələsinə yenidən baxılacaq”.

Ədalət Əsgəroğlu onu da deyib ki, Əkrəm Əylislinin Yazıçılar Birliyinin koridorunda asılmış fotoları yığışdırılacaq: “Koridorda Xalq yazıçılarının fotoları var, o cümlədən Əkrəm Əylislinin. Ancaq o, bu fəxri addan məhrum edildiyi üçün fotoları da koridordan yığışdırlacaq”.

# 5352 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
menu pen all_news