Səidə Haqverdiyevanın “Ağ atlı oğlan” sonluğu

Səidə Haqverdiyevanın “Ağ atlı oğlan” sonluğu
calendar 3 dekabr 2013
clock 13:50

...Və birdən Orxanın yadına düşdü ki, həmin ağaca qənim kəsilən adamın mütləq gözün odunu almaq lazımdır. Amma necə?.. Orxan yaşıdlarını başına toplayıb ağacın kəsilməməsi üçün çarə axtarmağa başladı.

Baxdı ki, hərənin ağzından bir avaz gəlir. Uşaqlardan biri dedi: “Kaş mən Rembo kimi gücüm olsaydı, o ağaca əl uzadanı mişarla özüm kəsərdim ki, bilsin bunun nə demək olduğunu...” Digər uşaqlardan biri: “Eh, kaş mən gözə görünməz olaydım, bilirsiz nələr edərdim?! Qoymazdım kəndimizə bir nəfər xain girsin...” Orxan dərin bir ah çəkib dedi:

- O xainlər “Gəlin çinar”ı kəsəcəklər. Bizsə burada oturub xəyallar qururuq.

Orxanın fikirləri çox dağınıq idi. O, evlərinin yolun tutdu, yol boyu yeni əkilmiş ağaclara baxıb elə hey düşünürdü. Düşünürdü ki, bu gün Gəlin çinarın kəsilməsinə icazə versələr, gələcəkdə bu kənddə bir dənə də olsun ağac qalmayacaq.

Beləcə, Orxan evlərinə nə vaxt çatdığından xəbəri belə olmadı. Başını aşağı salıb dodağı altında atasına salam verib otağına keçdi. Yorğanını başına çəkib, yatmağa çalışdı. Bu vaxt yan otaqdakı valideynlərinin söhbətinə qulaq asdı... “Eh, ay kişi, bu ağacın kəsilmə xəbəri hamını pərişan etdi. Sən ona hirslənmə. Uşaqdı da, ağacın xiffətin çəkir.”

Orxan düşünür ki, atası istəsəydi o ağacın kəsilməsinin qarşısını alardı. Axı onun atası hamıdan güclüydü. Lakin, o, ağac cəlladlarının necə imkanlı olduqlarını bilmirdi. Beləcə, uzun-uzadı fikir- xəyala dalan balaca mürgüləməyə başladı...

Orxan bir də gördü ki, pəncərəyə nəsə işıq düşür. Tez qalxıb pəncərədən boylanır, görür ki hər tərəf qaranlıqdır. Lakin, Gəlin çinarına gedən yola bir işıq cığırı düşüb. Orxan tələsik həyətə düşür. Düz qapılarının ağzında bir at kişnəyir. Özü də bu at Orxanı tanıyır. O, ata minmək istəyəndə görür ki, əynində cəngavər paltarı var. Orxan qılıncını qınından çıxardıb atı ağaca tərəf çapır. Çinara çatanda görür ki, bütün kənd camaatı burdadır, lakin, heç kim xainlərə mane ola bilmir. O da gözlərini yumub, şığıyır xainlərin üstünə...

Orxan kənd camaatının səs-küyünə ayıldı. Qan-tər içində oyanan Orxan paltarlarını geyinib eyvana çıxdı. Ora-ağaca tərəf qaçan Orxan kütlənin içərisində atasını axtarmağa başladı. Adamlar arasından kimsə əlini onun çiyninə qoydu. Dönüb baxdı. Atası idi. O, da başqa kəndçiləri kimi məzlum-məzlum mişarlanan çinara tamaşa edirdi...

# 1983 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news