Elçin qurultayı yarımçıq tərk etməyindən danışdı

Elçin qurultayı yarımçıq tərk etməyindən danışdı
calendar 23 iyun 2014
clock 12:58

Xalq yazıçısı Elçin Əfəndiyevin APA-ya müsahibəsi

- Elçin müəllim, Yazıçılar Birliyinin son qurultayını tez tərk etməyiniz həm iştirakçıların, həm də, ümumiyyətlə, ədəbi ictimaiyyətin diqqətini cəlb etdi, cürbəcür mülahizələr söyləndi. Özünüz bu barədə nə deyə bilərsiniz?

- Mənim qurultaydan tez getməyim sadəcə olaraq, həmin günlərdə iş qrafikimin çox gərgin olması ilə bağlıdır. Bundan sensasiya düzəldib ajiotaj yaratmaq lazım deyil, çünki belə sensasiyaya və ajiotaja heç bir başqa səbəb yoxdur. Qurultayın qonaqları arasında mənim Yevgeni Sidorov, Oljas Süleymenov, Ataol Bəhramoğlu kimi 40-45 illik dostlarım da var idi, heç macal tapıb onlarla da əməlli-başlı görüşə bilmədim.

- Qurultay başlayanda hamı Sizin çıxışınızı gözləyirdi, ancaq heç çıxış da etmədiniz...

- Mənim beş il əvvəl dediklərimi təzədən təkrar etməyimə nə ehtiyac var idi? O vaxt Yazıçılar Birliyinin 75 illiyi münasibətilə çıxış etmişdim, sonra da o çıxış əsasında məqalə yazmışdım. Həmin çıxışda da, məqalədə də o zaman gözlənilən qurultayla bağlı fikirlərimi demişdim. Həmin məqalə “525-ci qəzet”də çap olunub, maraqlananlar tapıb oxuya bilərlər. Qurultay gecikdi, ancaq mən onda Yazıçılar Birliyi barədə, ədəbiyyat və ədəbi proses barədə nə demişdimsə, indi də o fikirdəyəm. Buna görə də çıxış etməyə lüzum görmədim.

- Anar “Kulis.az”a verdiyi müsahibədə deyir ki, Elçin mənim dostumdur...

- Bəs Anar nə desin? Desin ki, düşmənik? Dost dosta dost deyər də! Bəli, biz az qala əlli ilin dostuyuq.

- Yazıçılar Birliyinin yeni-köhnə rəhbərliyi barədə nə deyə bilərsiniz?

- Fikrət Qoca da Anar kimi, mənim köhnə və əziz dostumdur. Çingiz də, Rəşad da, Arif də mənim dostlarımdır. Mən onlara ilk növbədə cansağlığı, yaradıcılıq uğurları və Yazıçılar Birliyindəki fəaliyyətləri üçün daha artıq bir enerji, ədəbi-bədii prinsipiallıq və cəsarət, daha artıq işgüzarlıq arzulayıram.

- Yazıçılar Birliyinə sözünüz?

- Sözüm, əslində umacağım, ondan ibarətdir ki, Yazıçılar Birliyi ədəbiyyatın maraqlarına sahib çıxsın. Bu gün buna çox ehtiyac var və mənim umacağım da ancaq budur.

# 1934 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news