Elçin Hüseynbəylinin Qarabağ haqda hekayəsi Litvada

Elçin Hüseynbəylinin Qarabağ haqda hekayəsi Litvada
calendar 2 may 2016
clock 15:22

Tanınmış yazıçı və dramaturq Elçin Hüseynbәylinin Qarabağ müharibəsi mövzusunda yaratdığı məşhur əsərlərdən biri - “Boz eşşəyin məktubları” adlı hekayәsi Litva dilində işıq üzü görübdür. Hekayə Litva Yazıçılar İttifaqının “Literatura ir Menas” (“Әdәbiyyat vә İncәsәnәt”) hәftәliyinin 8 aprel 2016-cı il tarixindә çıxmış 14-cü sayında çap edilibdir.

Əsəri orijinaldan litvacaya tanınmış türkoloq alim və tərcüməçi, karay türklәrinin ünlü simalarından biri, nüfuzlu Litva ictimai xadimi, Litvanın Azərbaycan və Türkiyədəki sabiq səfiri, Azәrbaycan Yazıçılar Birliyinin fәxri üzvü Halina Kobetskayte vә Litva Azәrbaycanlıları Cәmiyyәtinin sәdri, Litva Ədəbi Tərcüməçilər İttifaqının üzvü, ədəbiyyatşünas və tərcüməçi Mahir Hәmzәyev çeviriblәr.

Publikasiya, litoqrafiya və oymaları ilə tanınmış latış rəssamı və qrafika əsərləri ustası Lasma Puyatenin linoqravür texnikası üsulu ilə yaratdığı „Resolve“ („Düyün“) adlı əsəri ilə illüstrasiya olunubdur.

Bu tәrcümә Litva oxucularının E. Hüseynbәyli yaradıcılığı ilә ilk tanışlığı deyildir. Belә ki, 2013­cü ildәn indiyədək Litvanın әdәbi­bәdii jurnallarında Azәrbaycan nasirinin yeddi әsәri – “Nәnәm, babam vә kommunizm”, “Sular günәşә nәğmә oxuyanda”, “Mәzar gәlini”, “Gözünә gün düşür”, “İlk öpüş”, „Oyun“ vә “Qumru quşu” adlı hekayәlәri oxuculara tәqdim olunmuşdu. Odur ki, „Boz eşşəyin məktubları“-nın tərcüməsi ədibin Litva oxucuları ilə səkkizinci görüşüdür.

Göstərilən hekayələrdən ikisi - “Gözünә gün düşür” və „Boz eşşəyin məktubları“ əsərləri Azərbaycan nəsrində Qarabağ müharibəsi mövzusunda qələmə alınmış və diqqəti cəlb edən məşhur əsərlər sırasına daxildir.

E.Hüseynbəylinin Litva әdәbi­mәdәni ictimaiyyәti tәrәfindәn ciddi maraqla qarşılanmış әsәrlәri Litva Azәrbaycanlıları Cәmiyyәtinin tәşәbbüsü ilә tәrcümә edilib yayımlanıbdır.

1988­ci ildә Vilnüsdә yaradılmış Litva Azərbaycanlıları Cəmiyyətinin prioritet məqsədlərindən biri Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsilə ilgili həqiqətləri, tarixi bilgiləri və xalqımızın haqq səsini Litva ictimaiyyətinə çatdırmaq, ölkədə ictimai fikri doğru istiqamətdə formalaşdırmaq üçün təbliğat və maarifləndirmə tədbirləri keçirmək, Ermənistanın işğalçı siyasətini ifşa edərək onu qınaq hədəfinə çevirmək, Litva xalqını bu münaqişəyə biganə qalmamağa çağırmaq, münaqişənin beynəlxalq hüquq normaları əsasında və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin zəruriliyini əsaslandırıb təşviq etmək, problemi daima ictimaiyyətin diqqətində saxlamaq və onun ədalətli həllinə Litva Respublikasının Seymi və Hökuməti tərəfindən siyasi dəstəyin verilməsi üçün lazımi lobbiçilik fəaliyyəti qurub konstruktiv addımlar atmaqdan ibarətdir.

İndiyәdәk Cәmiyyәt tәrәfindәn bu yönümdә bir sıra konkret işlәr görülübdür. Həmin işlərin davamı olaraq, E. Hüseynbәylinin hekayələrinin, həmçinin onun Qarabağ müharibəsi mövzusunda əsərlәrinin litvaca nəşr olunması oxucuları müasir Azərbaycan nəsrinin önəmli nümunələrilə tanış etmək, Litva-Azərbaycan ədəbi əlaqələrinin üfüqlərini genişləndirmək və xalqlarımızın mədəniyyətlərarası dialoqunu inkişaf etdirməklə yanaşı, həm də Qarabağ müharibəsilə bağlı həqiqətləri və onun indiki ağrı-acılarını bədii üsullarla Litva ictimaiyyətinə çatdırmaq işinə xidmət edir.

Mahir Həmzəyev

Litva Azərbaycanlıları Cəmiyyətinin sədri,

Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü

Vilnüs, 2 may 2016-cı il.

Literatura ir Menas_2016 04 08.jpg görüntüleniyorLiteratura ir Menas_2016 04 08.jpg görüntüleniyor

# 995 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news