Anar Məmmədxanovun kitabları AMEA-ya təqdim edildi

Anar Məmmədxanovun kitabları AMEA-ya təqdim edildi
calendar 16 yanvar 2017
clock 16:29

Bakı Slavyan Universitetinin Ədəbiyyat nəzəriyyəsi və Dünya ədəbiyyatı kafedrasının müdiri, professor Nahidə Məmmədxanova Anar Məmmədxanovun “Özünə sadiqlik” və «Ни о чем не жалею» kitablarını AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) hədiyyə edib.

Kulis.azın verdiyi xəbərə görə, görkəmli siyasətçi və ictimai xadim, “Bakılı oğlanlar” komandasının əfsanəvi kapitanı, üç çağırış Milli Məclisin deputatı və day.az saytının təsisçisi Anar Məmmədxanovun 2014-cü ildə rus dilində nəşr olunmuş və Azərbaycan dilinə tərcümə edilmiş “Özünə sadiqlik” adlı birinci kitabına onun müxtəlif vaxtlarda çap olunmuş, aktual problemlərə toxunan analitik məqalələri, esseləri, şərhləri, açıq məktubları daxil edilib.

Kitab oxucu ictimaiyyəti arasında böyük marağa səbəb olub.


Anar Məmmədxanovun «Ни о чем не жалею» adlı ikinci kitabında isə onun 1995-2011-ci illərdə müxtəlif mətbu orqanlarına verdiyi müsahibələr və etdiyi söhbətləri öz əksini tapıb.


Kitablar geniş oxucu kütləsi üçün nəzərdə tutulub. AMEA Mərkəzi Elmi Kitabxanasının oxucuları kitablardan istifadə edə bilərlər.

# 1101 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
Norma
Norma
menu pen all_news