Krımda Müşfiqin kitabı tapıldı: Dilbərin imzasıyla…

Krımda Müşfiqin kitabı tapıldı: Dilbərin imzasıyla…
calendar 10 mart 2017
clock 14:23

Krımda Azərbaycanın görkəmli şairi Mikayıl Müşfiqin, xanımı Dilbərin adından imzalanmış kitabı aşkarlanıb. Bu barədə Lent.az-a Krımdakı Azərbaycan icmasının rəhbəri Rəhim Hümbətov məlumat verib.

"Biz Krımın mərkəzi kitabxanasında “Azərbaycan kitabı guşəsi” yaradırıq. Bu əsnada həmin kitabı mənə icmamızın fəal üzvlərindən olan K.Kərimov verdi” – deyə R.Hümbətov bildirib.

"M.Müşfiq. Əsərləri. Şeirləri " adlanan kitabın ilk səhifəsində Dilbər xanımın adından imzalanmış, 1968-ci ildə yazıldığı bildirilən bir kuplet şeir yer alıb. Altında isə çox güman ki, onun qohumu olan Gülsüm xanıma ünvanlanmış hədiyyə yazısı var.

"Bu kitabı yəqin ki, kitabxanaya verəcəyik. Əgər Azərbaycanın müvafiq muzey və ya kitabxanalarından biri istəsə, bu tapıntını onlara da hədiyyə edə bilərik" – deyə icma rəhbəri qeyd edib.

# 1602 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
menu pen all_news