Kütə getdi ömür kündəm – ŞEİRLƏR

Kütə getdi ömür kündəm – <span style="color:red;">ŞEİRLƏR
calendar 22 aprel 2017
clock 18:00

Kulis.az Ülfət Ziyafətqızının şeirlərini təqdim edir.

Öpdüm

Bu gecə ürəyə dardır qorxular,

Dəlisov duyğular səni arzular.

Tapmır gözlərinə qapı yuxular,

İtirib yolunu yanaqlarında.

Ruhum həsrətinlə eşq davasında,

İçdi öpüşləri od nəfəsindən.

Bu sevgi ürəyin "Sən" havasında

Yol getdi vüsalın soraqlarında.

İçimdə bir eşqin ahın gizlədim,

Gözümün yaşıyla qəlbi közlədim.

Gələn sabahlardan səni gözlədim,

Öpdüm yoxluğunun dodaqlarından...

Tapmıram

Göz yaşlarım gözlərimi yandırır,

Kədər sınmaz qürurumu sındırır,

Bəxt də məndən ayrı gəzir, yan durur,

Çılpaqlaşan ruha bədən tapmıram.

Qara qismət saçlarımda ağardı,

Ağ gündüzü gecələrə apardı.

Bəxt mələyim ölümümü yoğurdu,

Kütə getdi ömür kündəm, tapmıram.

Gec ayıldım, demə ömür yuxuymuş,

Bir varlığı yaşadım ki, yoxuymuş.

Əynimdəki zər paltarım çuxaymış,

Çiyinlərə salım kəfən tapmıram.

Həyatımın adı mənim, özü yox,

Ürək sevdim, külü mənim, közü yox.

Bir yoldayam eşqin ayaq izi yox,

Məzarıma mənlə gedən tapmıram.

# 993 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news