Ən gözəl Vətən şeirimiz – TƏQVİM

Ən gözəl Vətən şeirimiz – <span style="color:red;">TƏQVİM
calendar 11 iyul 2017
clock 10:07

Bu gün böyük Azərbaycan şairi və ziyalısı Abbas Səhhətin anım günüdür. Kulis.az bu münasibətlə “Təqvim” layihəsindən onun “Vətən” şeirini təqdim edir.

Könlümün sevgili məhbubu mənim,

Vətənimdir, vətənimdir, vətənim.

Məni xəlq eyləmiş əvvəlcə Xuda,

Sonra vermiş vətənim nəşvü-nüma.

Vətənim verdi mənə nanü-nəmək

Vətəni məncə unutmaq nə demək?!

Anadır hər kişiyə öz vətəni,

Bəsləyib sinəsi üstündə onu.

Südüdür ki, dolanib qanım olub,

O mənim sevgili cananım olub.

Saxlaram gözlərim üstə onu mən,

Ölərəm əldən əgər getsə vətən.

Vətənin neməti nisyan olmaz,

Naxələflər ona qurban olmaz.

Vətən əcdadımızın mədfənidir,

Vətən övladımızın məskənidir.

Vətənin sevməyən insan olmaz,

Olsa da ol şəxsdə vicdan olmaz!

# 3990 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news