Bu pyesi Şekspir yazmayıb - FAKT

Bu pyesi Şekspir yazmayıb - <span style="color:red;">FAKT
calendar 2 fevral 2018
clock 12:42

Alimlər Şekspirin hesab olunan pyesin əsl müəllifini tapıblar.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, alimlər Uilyam Şespirin “III Eduard” pyesini yazmadığı qənaətinə gəliblər.

Avstraliya Milli Universitetinin, Çarlz Stert Universitetinin, Xüsusi Elmlər və Texnika Təşkilatının əməkdaşları aydınlaşdırıb ki, pyesdəki 19 səhnədən 14-ü dramaturq Tomas Kid tərəfindən yazılıb.

Avstraliya alimləri RPAS texnikasından istifadə edərək Şekspirin və Kidin digər əsərlərini müqayisə edə biliblər. RPAS dörd neyrolinqvistik indikatora malikdir: lüət ehtiyatı, işçi sözlərdən və şəxs əvəziklərindən istifadə, hiss və duyğuların verbal təsviri.

Sözügedən neyrolinqvistik yanaşma yazı üslubundan müəllifin şəxsiyyətini müəyyən etməyə imkan verir.

Araşdırmalar göstərib ki, “III Eduard”ın müəllifi Tomas Kiddir: 12 səhnəni o yazıb. 5 səhnəni isə Şekspi özü yazıb. Daha iki səhnə isə birgə yazılıb. Bununla da “III Eduard”ın müəllifi daha çox Kiddir.

Bundan əvvəl sözügedən pyesin başqa bir dramaturqla birgə yazıldığı haqda fərziyələr var idi. Həmçinin dram əsərinin Kristofer Marloya aid olduğu haqda hipotez də var.

# 1292 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
menu pen all_news