Kinomuzun inkişafı üçün beynəlxalq təcrübə öyrənilir

Kinomuzun inkişafı üçün beynəlxalq təcrübə öyrənilir
calendar 29 aprel 2019
clock 18:45

Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 1 mart tarixində “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamına əsasən Mədəniyyət Nazirliyinə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının və digər aidiyyəti qurumların təkliflərini nəzərə almaqla “Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası” layihəsinin hazırlanması tapşırılıb. Bununla əlaqədar tanınmış kino mütəxəssislərindən, bu sahədə fəaliyyət göstərən ictimai təşkilatların və müstəqil prodüser mərkəzlərinin nümayəndələrindən, eləcə də dövlətin kino sahəsinə məsul şəxslərindən ibarət İşçi qrupu yaradılıb.

Nazirlikdən bildirilib ki, “Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası”nın hazırlanmasında beynəlxalq təcrübənin öyrənilməsi üçün yaradılmış, nazirliyin aparat rəhbərinin müavini – hüquq və daxili nəzarət şöbəsinin müdiri Namiq Qulamov, kinematoqrafiya şöbəsinin sektor müdiri Aydın Hüseynov, “Azərbaycanfilm” kinostudiyasının direktor müavini Azər Quliyev və “Ultra production” şirkətinin rəhbəri Pərviz Məmmədovdan ibarət İşçi qrupunun növbəti səfəri Gürcüstana olub.

Səfər çərçivəsində Gürcüstanın kinematoqrafiya sənayesinin iştirakçıları ilə görüşlər keçirilib, bu sahədə olan vergi, gömrük və digər imtiyazlarla bağlı təcrübələr təhlil edilib.

Qeyd edək ki, bu günədək təşkil edilən müzakirələrdə “Azərbaycanfilm”, “Narimanfilm”, “Salnaməfilm”, Bakı Media Mərkəzi, “Ultra production”, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı, “Sinema” Gənc Kinematoqrafçılar Mərkəzi və s. dövlət və özəl kino müəssisələrinin, bu sahədə fəaliyyət göstərən ictimai təşkilatların, eləcə də müstəqil kino mütəxəssislərinin təklifləri dinlənilib, Azərbaycanda bu sahədəki mövcud vəziyyət, film sənayesinin yenidən qurulması, bu sahənin inkişafı ilə bağlı problemlər və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

# 1840 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news