Kurt Vonnehutdan Bob Dilana: “Sağların arasında ən pis şairdi"

Kurt Vonnehutdan Bob Dilana: “Sağların arasında ən pis şairdi"
calendar 24 oktyabr 2016
clock 16:23

Kurt Vonnehutun 1991-ci ildə verdiyi müsahibə sosial mediada yenidən gündəmə gəlib. Kulis.azın türk mətbuatına istinadən verdiyi xəbərə görə məşhur ABŞ yazıçısı Kurt Vonnehut Hustler jurnalına verdiyi müsahibədə Bob Dilan üçün “Mahnılarında bəzən bir dənə yaxşı cümləsi olur. Amma qalanları sadəcə cəfəngiyyatdır”, - demişdi.

Nobel Ədəbiyyat Mükafatını qazanmasına rəğmən mükafatı alıb-almayacağı hələ məlum olmayan Bob Dilana bu günə qədərki ən böyük tənqidi məşhur yazıçı Kurt Vonnehutdan gəlmişdi. “Qəssabxana No 5”, “Pişik beşiyi”, “Çempionların səhər yeməyi” kimi əsərləri ilə tanınan yazıçı Dilan üçün “sağların içində ən pis şairdi” demişdi.

Bu müsahibə Hustlerin dekabr sayında yenidən çap olunacaq.

Bob Dilanın Nobel Ədəbiyyat mükafatı almasından iki həftəyə yaxın vaxt keçdi. Amma müğənni ilə hələ əlaqə saxlamaq mümkün deyil. İsveç Akademiyasına daxil olan bir akademiya nümayəndəsi də Dilanın davranışını “hörmətsizlik və dikbaşlıq” adlandırıb.

Akademiya nümayəndəsinin bu çıxışından sonra İsveç Akademiyası da açıqlama verib. Onlar Wästbergın açıqlamasının onun şəxsi görüşünü əks etdirdiyini bildirib: “Nobel mükafatı almış bir yazar mükafatların təqdim olunduğu mərasimdə necə davranacağını özü müəyyənləşdirir.”

Dilanın sözcüsündən məsələ ilə əlaqədar hələ də münasibət öyrənmək mümkün olmayıb. Sənətçi mükafatla əlaqədar heç kəslə əlaqəyə keçməyib, amma inzivada da deyil, ABŞ-da konsert turnesindədir.

Mükafatlar dekabrın onu İsveçin paytaxtı Stokholmdə veriləcək. Dilanın mükafatı alıb-almayacağı o tarixdə bəlli olacaq.

# 963 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
Norma
Norma
menu pen all_news