Varislə görüş olub – “Söz” layihəsi

Varislə görüş olub – “Söz” layihəsi
calendar 26 fevral 2019
clock 11:54

Mədəniyyət Nazirliyinin “Söz” ədəbi layihəsinin növbəti qonağı tanınmış yazıçı, bir çox beynəlxalq mükafatlara, o cümlədən Avrasiya materikinin ədəbiyyat üzrə “LiFFt” festivallar festivalının qızıl medalına layiq görülmüş Varis Yolçuyev olub.

Kulis.azın verdiyi xəbərə görə, əvvəlcə layihənin rəhbəri Nigar Həsən-zadə qonaq barədə məlumat verib. Qeyd edib ki, Varis onun diqqətini yalnız yazdığı bestsellerlərin sayına görə cəlb etməyib. Yazıçıda onu cəlb edən həm də heç cür adi adlandırmaq mümkün olmayan ədəbi taleyi, uğura doğru şüurlu yolu, intellektual, eləcə də olduqca təsirli və dərin yazıçılıq xəttidir.

Yazıçı uğur qazanması, kütləvi oxucu sevgisi qazanması üçün yalnız əsərlərinə savadlı və maraqlı “skelet” qurmur, o, həm də hər bir əsərində sevgi, xeyirxahlıq, təəssübkeşlik, mərhəmət, habelə Vətən məfhumlarını xatırlatmağı unutmur.

Varis kitablarında xalqının, dövlətinin milli maraqlarını heç zaman unutmur, əcnəbi oxucuda bu maraqlara hörmət və ehtiram aşılayır.

“Söz” layihəsinin gecəsinə həmişəki kimi yenə də çox gözəl, intellektual auditoriya toplanmışdı. İştirakçılar müəllifin məşhur romanlarının bir-birindən maraqlı talelərini həvəslə dinlədilər.

# 1192 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
Norma
Norma
menu pen all_news