Bakıda Puşkinin 220 illiyi ilə bağlı tədbir keçirilib

Bakıda Puşkinin 220 illiyi ilə bağlı tədbir keçirilib
calendar 2 aprel 2019
clock 17:58

Aprelin 2-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil muzeyində Rusiyanın ölkəmizdəki səfirliyi, Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin və Azərbaycanda Rus İcmasının birgə təşkilatçılığı ilə Aleksandr Puşkinin 220 illiyinə həsr olunmuş konsert və müsabiqənin növbəti mərhələsi keçirilib.

Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin əməkdaşı, Azərbaycanda Rus Dilli Təhsil Müəssisələri Assosiasiyasının sədri Lyubov Yakunina, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıblar.

Bakı Dövlət Universitetinin tələbələrinin, Bakı Slavyan Universitetinin “Sfera” teatrının üzvlərinin və Bakı məktəblilərinin ifalarında Puşkin poeziyasından rəngarəng nümunələr və musiqi proqramı təqdim olunub.

Müsabiqə iştirakçılarının ifaları Azərbaycan Yaradıcılıq Fondunun sədr müavini, Əməkdar mədəniyyət işçisi Rafiq Kaşanlı, “Rus dünyası” Fondunun Bakı Dövlət Universiteti nəzdində Rus Mərkəzinin rəhbəri Arzu Məmmədova, “Günay” Uşaq Teatrının rəhbəri Larisa Tarusovadan ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib./azertag.az/

# 2291 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
menu pen all_news