Çingiz Abdullayev: “Mən axirət dünyasına inanmıram”

Çingiz Abdullayev: “Mən axirət dünyasına inanmıram”
calendar 23 sentyabr 2013
clock 10:29

Xalq Yazıçısı Çingiz Abdullayev “Kaspi” qəzetinə verdiyi müsahibədə ölüm, axirət dünyası kimi metafizik mövzulara fərqli münasibətini ortaya qoyub.

Kulis.az-ın məlumatına görə, İslam dininin kanonlarının əksinə fikirlər söyləyən yazıçı axirətə inanmadığını da bildirib: “Mən axirət dünyasına inanmıram. İnanmıram ki, o dünyada bizi ağ paltarlı qoca qarşılayacaq, pərilər oynayacaq və sairə. Həmişə deyirəm ki, seçim olsa cəhənnəm daha yaxşıdır, çünki ordakı insan qrupu daha maraqlı olacaq. Cənnət əgər olsa çox maraqsız olacaq. Ancaq Allaha inanıram, Allaha inanmayanda o hər gün öz varlığını insana sübut edir. İnanmıram ki, ölüb gedəndən sonra kimisə görəcəyəm, ünsiyyətdə olacağam və s.

Çingiz Abdullayev axirətə inanan bir şəxs kimi AYB sədri Anarın adını çəkib: “Ancaq Anar müəllim inanır ki, o axirət dünyasında atası ilə görüşəcək. Bu mənada ona paxıllığım tutur ki, o buna inana bilir, yəni onun belə təmiz qəlbi var. Mən də inanmaq istəyərdim ki, o biri dünyada atamı görəcəyəm. Ancaq başa düşürəm ki, bu ola bilməz, olmayacaq da. Biz ölüm haqqında heç nə bilmirik, o biri dünyada nələr olacağını heç kim bilmir. Bu mənada ölüm mənim üçün metafizikdir”.

# 5146 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
Norma
Norma
menu pen all_news