Fahişələr qocalmış sevgilərinin təqaüdünü alır bizdən

Fahişələr qocalmış sevgilərinin təqaüdünü alır bizdən
calendar 22 oktyabr 2013
clock 11:41

Kulis.Az Fərid Hüseynin yeni şeirlərini təqdim edir.

İnsan böyümür ki

İnsan böyümür ki,
bələyi böyüyüb kəfən olur.
İnsan insafa gəlmir ki,
yumruq boyda əti ürək olur.
İnsan çətinə düşmür ki,
sevdikləri fələk olur.
İnsan ağlamır ki,
gülüşü hönkürür.
İnsan ölmür ki
anası torpağa dönür

Səsimi çıxartmıram

hər gün ilanım bir az ulduza ölür
qayğım suya ölür
hər gün bir az qulağım səsə ölür
hər gün tək yatağımda gecəm Kəbəyə ölür
səsimi çıxartmıram
səsimi çıxartmıram
səsimi çıxartmıram

görürəm günahların kafər sifətini də
görürəm əməllərin gələcək gününü də
kül necə unutmursa od olduğu günləri
şöhrət necə bilirsə ad olduğu günləri
bax eləcə bilirəm nə niyə belə oldu
gözümün önündəcə kim kim idi kim oldu
səsimi çıxartmıram
səsimi çıxartmıram
səsimi çıxartmıram

Məndən sonra

İndi səni öpən öpür mən öpən öpüşün üstündən,
indi səni qucan qucur mənim qollarımın üstündən,
gözəl deyirlər, mənim gözəl sözümün üstündən.
Mənim öpüşüm altda qalır – canına yaxın,
mənim qollarım sənə sıxılır – canına yaxın,
mənim sözüm sənə qısılır – canına yaxın;
Sənə bir azca da “yaxınlaşıram”...

Yatağa ithaf


Hər dəfə mələfə qırışları alın qırışları qədər dərinləşir.
Hər sevişmədən sonra qocalır sevgilər, lazımsızlaşır.
Fahişələr qocalmış sevgilərinin təqaüdünü alır bizdən.

Dünyada mənasız bir şey varmı,
yataqda bütün bədənini sənə vermiş birinin
geyinərkən “baxma utanıram” deməsindən,

Yatağacan biz sevgidən heykəl yapırıq,
yataqdasa o heykəli aşırırıq,
sevginin yerinə, ehtiras gəlir “hakimiyyətə”.

Fani olanın “əbədi sevgi” xülyasının qəbridir yataq,
ona görə ən böyük intiqamlar orda alınır.

# 3441 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
Norma
Norma
menu pen all_news