""Don Kixot" "Koroğlu"dan götürülüb” SENSASİON İDDİA

""Don Kixot" "Koroğlu"dan götürülüb” SENSASİON İDDİA
calendar 15 noyabr 2013
clock 12:03

“İspan yazıçı Migel de Servantes “Don Kixot”u “Koroğlu” dastanından təsirlənərək yazıb. İki əsərdə də ortaq motivlər var. Əsərə baxarkən bunu rahatlıqla deyə bilərik. Qəhrəmanlar, hadisələr və bütün motivlər eynidir”. Kulis.Az-ın verdiyi xəbərə görə, bu sözləri Abant İzzet Baysal Universitetinin türkcə təhsil kafedrasının dekanı Halit Karatay Cihan Xəbər Agentliyinə verdiyi müsahibədə deyib.

H. Karatay M. Servantesin 1571-ci ildə Korin körfəzində Osmanlı imperiyası ilə İspaniyanın apardığı dəniz müharibəsində əsir düşdükdən sonra İstanbulda yaşadığı 5 illik əsir həyatının “Don Kixot”u yazmasına təsir etdiyini bildirib: “Servantes müharibə vaxtı iki dəfə sinəsindən yaralanıb. Top gülləsiylə də sol əlini itirib və əsir düşüb. Tophanədəki Kılıç Ali Paşa məscidinin tikintisində işçi kimi çalışıb. İstanbulda beş illik əsir həyatı zamanı xalq nağıllarından və “Koroğlu” dastanından təsirlənib”.

Qərbin Şərq mədəniyyətindən təsirləndiyini sözlərinə əlavə edən H. Karatay uşaqlara yerli dastanları oxutmağın vacibliyini də qeyd edib: “Uşaqlarımıza “Robin Hud”u oxuyuruq. Ancaq “Robin Hud” da, “Don Kixot” da “Koroğlu” dastanının təsiri ilə yazılıb”.

# 2855 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
menu pen all_news