AYB internet televiziya yaradır

AYB internet televiziya yaradır
calendar 14 noyabr 2014
clock 14:01

Dekabrın 25-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Ayb.TV” adlı yeni onlayn televiziyası fəaliyyətə başlayacaq.

Qurumun mətbuat xidmətinin rəhbəri Xəyal Rzanın APA-ya verdiyi məlumata görə, dekabrın 25-də eyni zamanda www.ayb.az portalının bir yaşı tamam olacaq: “Həmin gün Yazıçılar Birliyinin 80 illik yubileyinə həsr olunan filmin təqdimatı da nəzərdə tutulub. Yeni fəaliyyətə başlayacaq televiziyada bədii filmlər, ədəbi və tarixi verilişlər yayımlanacaq. Növbəti ildən etibarən konkret proqramımız təsdiq olunacaq, Yazıçılar Birliyinə məxsus olan verilişlər efirə veriləcək”.

X.Rza əlavə edib ki, yeni internet televiziya ilkin olaraq gündüz saat 12:00-dan 19:00-dək efirdə olacaq: “Onlayn televiziyada ədəbi proqramlara və ədəbi gündəmə aid olan buraxılışlara üstünlük veriləcək. Hələlik gündəlik ədəbi-mədəni xəbərləri efirə verməyi düşünmürük. Amma sonrakı mərhələlərdə bu işlər də tənzimlənəcək. Yazıçılar Birliyinin ətrafında toplaşan insanların hamısı yaradıcı insanlardır, ona görə işlərimizdə yaradıcılıq problemi olmayacaq, yeni maraqlı layihələrə imza atacağıq”.

# 1497 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news