Dan yeri - gecənin təbəssümü ŞEİRLƏR

Dan yeri - gecənin təbəssümü  ŞEİRLƏR
calendar 28 oktyabr 2015
clock 14:41

Kulis Tapdıq Süleymanın şeirlərini təqdim edir.

ALQIŞ GECƏYƏ -

gündüzü doğur...

AZADLIQ

olum - bətndəki körpənin

ölüm - həyatın azadlığıdır!

ELDƏNİZ QULİYEVƏ

yalan ömrümüzə tuşlanan güllədir -

sinənizi geniş açın, dostlar!

HƏYATIN DİBİ

həyat dəniz kimidir -

üzə bilməyənləri dibinə çəkir

NİZAMLAMA

hər yuxudan duranda,

hər kəs ürəyini yusa

dünya nizama düşər, şəksiz!

GÖZLƏNTİ

dünya işıqlansa da,

ömrümə doğan günəşi gözləyirəm, hələ də...

İŞIQLANMA

günəş dünyanı işıqlandırır,

qəlb işığı tanrıdan gələr amma...

SEVİNC

qanadları yoxuydu,

qanad açıb uçurdu amma...

DARIXMA

ev - qəfəs,

çöl - qəfəs

qəfəsdən-qəfəsə girməkmi həyat, tanrım!

AMANSIZLIQ

qabaqda - sinəmdən vururlar,

arxada - boynumun ardından,

ortada - başımdan basırlar...

ÜZ

dan yeri

uşaq üzü kimidi,

ya da uşaq üzü dan yerinə bənzəyir -

tərtəmiz.

GÜN

hamının üstünə ələnir,

hamıya doğmur, ha.

DƏRD

de,

çörək dərdi,

vətən dərdindən eləmi böyük?

de

***

bu boşluq içində bir boş yer yoxdu ayaq qoymağa

***

vaxtdan çıxmağın da vaxtı var, bilsəniz...

***

vecsiz günlərin içində ömür üzür e, üzür e...

***

gizlənməyə yer yoxmu - hamı öz içində gizlənib belə...

***

çoxluq birlərdən ibarətdirsə,

bir də də çoxluq olur, ha

bir toxum,

bir dən,

bir ağac -

bu birdəki çoxluğa yol aç, ilahi...

***

o uşağın yaşadığı böyük günə,

ömrün günləri çatmaz...

***

adamın adam içində

adam olmağı da dərddi, ay adam!

***

dan yeri - səhərin gözü və gecənin təbəssümüdü, məncə

***

Ürəyin istəyi,

ürəyim istəyən günümdü -

gəlmir ha, gəlmir ha, gəlmir ha...

# 1025 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news